Atalarının döyüş yolunu davam etdirən oğullar - REPORTAJ

2021/10/aae9c-1634108187.jpg
Oxunub: 792     16:32     18 Oktyabr 2021    
Bu gün ən uca məqamda - şəhidlik məqamında qərar tutan, Vətən müharibəsində tarix yazan oğullarımızdan biri leytenat Elvin Şükürlünün qısa, lakin şərəfli ömür yolundan söhbət açacağıq. Elvin hərbçi ailəsində dünyaya göz açıb. Atası Birinci Qarabağ müharibəsi veteranı, ehtiyatda olan kapitan Azad Şəkərov Horadiz əməliyyatının fəal iştirakçılarından olub. İki vətənpərvər zabit oğul böyüdüb, tərbiyə edib, boya-başa çatdıran ata oğullarıyla daima qürür duyduğunu və fəxr etdiyini dedi.

Vətən müharibəsində eyni cəbhədə silahdaş olan iki qardaş, leytenant Elvin Şükürlü və baş leytenant Elnur Şükürlü döyüşlərdə zabit adını uca tutaraq, içdikləri Hərbi anda sadiq qalıb şərəfli döyüş yolu keçdilər. Təəssüf ki, qardaşlardan kiçiyi - Elvin Şükürlü sentyabrın 28-də Kəlbəcər rayonu istiqamətində şəhadətə yüksəldi.

Hər bir şəhidə həsr olunan guşə onun ömür yolunun bir tarixçəsidir. Şəhid leytenant Elvin Şükürlünün 23 illik şərəfli ömür və döyüş yoluna həsr olunan guşə də bizə onun vətənpərvərliyindən, qorxmaz, iradəli bir döyüş zabiti olmasından xəbər verir.

Leytenant Elvin Şükürlünün qısa, lakin şərəfli ömür yoluna nəzər salaq. O, 1997-ci il iyunun 14-də Füzuli rayonunda anadan olub. Əslən Cəlilabad rayonundan olsalar da, atası Füzulidəki hərbi hissələrdən birində xidmət edib. Ona görə də ailə Füzuli rayonunda yaşamalı olub. Elvinin hərbi sahədə ilk addımı 2011-2014-cü illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil almaqla başlayır. 2014-2018-ci illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində "motoatıcı" ixtisası üzrə təhsil alır. Leytenant hərbi rütbəsini aldıqdan sonra "N" hərbi hissəsində taqım komandiri kimi xidmətə başlayır. Vətən müharibəsinin ilk günündən ön sıralarda olan Elvin Şükürlü döyüş yoldaşları ilə birlikdə Kəlbəcər istiqamətində döyüş postlarından birinin alınmasında iştirak edir. İki gündən sonra savaşçılarımız sentyabrın 28-də postu geri almağa cəhd edən düşmənin əks-hücumu ilə üzləşirlər. Yüksəklik uğrunda gedən qızğın döyüşlər zamanı Elvin Şükürlü aldığı güllə yarasından şəhidlik zirvəsinə ucalır. Lakin uzun müddət itkin olan leytenantın nəşi bu ilin yanvarında tapılır. Şəhid leytenant yanvarın 22-də II Fəxri xiyabanda torpağa tapşırılır.

Şəhid atası deyir ki, hər iki oğlum səngərlərdə böyüdü. "Onlar gözlərini açıb hərbi forma, silah, səngər gördülər. İdmanla məşğul olurdular. İstəyirdim ki, təhsilləri ilə bərabər fiziki hazırlıqları da yüksək olsun. Mən bir ata kimi onlarla həmişə dost, qardaş oldum. Övladlarım vətənpərvər böyüdülər. Elvin də, Elnur da bu müqəddəs yola - Vətəni, torpağı göz bəbəyi tək qorumaq, onun uğrunda döyüşmək, şəhid olmaq yoluna birgə çıxdılar. Hər ikisi Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirdikdən sonra çətin dağ şəraitində yerləşən ön xətt bölmələrində xidmət ediblər. Elvin zabit olaraq qarşısına hədəf qoymuşdu: general olacaqdı. O, xidmətindən qürur duyurdu, heç zaman yorulmurdu. Tabeçiliyində olan əsgərlərinə böyük qardaş idi. Tovuz döyüşlərində taqım komandiri kimi vəzifə borcunu layiqincə yerinə yetirdiyinə görə hərbi hissə komandanlığı tərəfindən ona təşəkkür elan olunub. Elvin özünün arzuladığı məqamdan - general olmaqdan da ən uca zirvəyə - şəhidlik zirvəsinə ucaldı..."

Atasının hərbçi olması Elvinin də, qardaşı Elnurun da həyatına təsirsiz ötüşmədi. Hər iki qardaş atalarının yolunu davam etdirdilər.

Şəhidin anası Vəfa xanım oğlu ilə bağlı uşaqlıq, orta məktəb, kursant illərindən ən xoş xatirələrini kövrək hisslərlə bizə danışdı.

Həm kursant, həm də zabit yoldaşı olan leytenant Kamran Hüseynov isə Elvin kimi bir vətənpərvər zabit, igid, qəhrəman oğulla dost, yoldaş olmasını hər zaman qürurla xatırlayacağını dedi.

Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə leytenant Elvin Şükürlü ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif olunub.

Şəhidin qardaşı baş leytenant Elnur Şükürlü isə hazırda hərbi xidmətini davam etdirir.

Lalə Hüseynova, "Azərbaycan Ordusu"
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan-Ordusu  

Atalarının döyüş yolunu davam etdirən oğullar - REPORTAJ

2021/10/aae9c-1634108187.jpg
Oxunub: 793     16:32     18 Oktyabr 2021    

Bizi "telegram"da izləyin