Tonoyanın işarəsi səlahiyyətliləri qorxuya saldı: O kimə xəbərdarlıq edir?

2021/09/image-1632982617.jpg
Oxunub: 3687     10:43     13 Oktyabr 2021    
İllər əvvəl Ermənistan Silahlı Qüvvələrinə keyfiyyətsiz silah tədarükü ilə bağlı açılan cinayət işi üzrə həbs edilmiş keçmiş Müdafiə naziri Davit Tonoyan müdafiə qrupunun bəyanatı şəklində bəlkə də kifayət qədər diqqətəlayiq bir işarə edib.

Davit Tonoyanın vəkilləri bəyanat veriblər və bəyanatda keçmiş nazirin yuxarıda göstərilən cinayət işi üzrə ona qarşı irəli sürülən ittihamı qəbul etmədiyini bir daha qeyd ediblər.

Xatırladaq ki, cinayət işi üzrə bir sıra başqa yüksək dərəcəli hərbçilər, eləcə də Ermənistan Silahlı Qüvvələrinə silah tədarük etmiş təşkilatın sahibi “Patron Davo” ləqəbli Davit Qalstyan həbs olunub. Mətbuatda yer alan nəşrlərə görə, Qalstyanın keçmiş nazir Tonoyanla dostluq münasibətləri var.

Əlbəttə, cinayət işi Davit Tonoyanın nazirlik dövrünə yox, onun müdafiə nazirinin birinci müavini olduğu, nazirin isə yuxarıda qeyd olunan cinayət işi üzrə dindirilən Seyran Ohanyanın olduğu dövrə aiddir. Beləliklə, David Tonoyanın vəkilləri müdafiə etdikləri şəxsin ona qarşı irəli sürülən ittihamı qəbul etmədiyini və günahsız olması, eləcə də nüfuzunun qorunması uğrunda mübarizəni davam etdirəcəyini bildiriblər.

Vəkil qrupunun bəyanatında aşağıdakı abzas xüsusilə diqqəti çəkir:

“Tonoyan Ermənistanın Müdafiə naziri vəzifəsindən azad edildikdən sonra dövlət sirrini, Ermənistanın milli təhlükəsizlik və dövlətlərarası münasibətlərinin maraqlarını nəzərə alaraq şərhlərdən çəkinib. Bu gün də cənab Tonoyan bu maraqları şəxsi maraqlardan üstün tutur və böyük informasiya həcminə malik olaraq ondan ictimai sahədə öz müdafiəsi üçün istifadə etmir. Cənab Tonoyan əmindir ki, xüsusi peşə bilikləri olan şəxslər tərəfindən aparılan ekspertizanın nəticələri Ermənistan Silahlı Qüvvələri üçün “keyfiyyətsiz” və “texniki normalara uyğun gəlməyən” silah-sursat tədarük edilməsi barədə iddialara əsaslandırılmış və qərəzsiz cavablar verəcək”.

Davit Tonoyanın vəkillərinin bəyanatı ən azı belə təəssürat yaradır ki, Tonoyan hər hansı şəxsə və ya şəxslər qrupuna xəbərdarlıq edir ki, öz müdafiəsi naminə hələlik ictimailəşdirməkdən çəkindiyi məlumatları da yayımlaya bilər.

Keçmiş erməni nazir bəlkə də işarə vurur ki, hər hansı bir şəxs və ya şəxslər məsuliyyətdən yayınmağa və məsuliyyəti onun üzərinə atmağa çalışsa, müəyyən məxfiliyi ehtiva edə bilən məlumatı ictimailəşdirməkdən də çəkinməyəcək.

Məgər Davit Tonoyanın vəkillərinin bəyanatında mövcud olan işarə-xəbərdarlıq hazırkı Paşinyan hökumətinə, yoxsa cinayət işinin aid olduğu 2011-2017-ci illərdəki dövrün hakimiyyətinə yönəlib? Hələlik bununla bağlı nəticə çıxarmaq kifayət qədər çətindir, lakin işarə baxımından sanki hər şey olduqca aydındır.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Xaos  

Tonoyanın işarəsi səlahiyyətliləri qorxuya saldı: O kimə xəbərdarlıq edir?

2021/09/image-1632982617.jpg
Oxunub: 3688     10:43     13 Oktyabr 2021    

Bizi "telegram"da izləyin