ABŞ-ın İrana növbəti xəbərdarlığı: Sərt xəbərdarlıqlardan sonra qəfil əməliyyat olacaq?

2021/10/55-1633776955.jpg
Oxunub: 7705     21:25     09 Oktyabr 2021    
ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays brifinq zamanı İran haqqında danışaraq ABŞ-ın nüvə proqramı ilə bağlı danışıqlar aparmaq üçün Vyana prosesinin bərpasını gözlədiyini qeyd edib.

Məlum olduğu kimi, bu proses Bayden administrasiyasının fəaliyyətə başlamasından, Trampın dörd illik tamamilə ziddiyyətli siyasətindən sonra yenidən başladı.

Ancaq İrandakı 2021-ci il prezident seçkiləri ərəfəsində proses dayandı və bu günə qədər yerindən hərəkət etmir. Prezident seçkilərində isə mühafizəkarlar qolu qalib gəldi və Həsən Ruhaninin başçılığı altında İranda səkkiz il rəhbərlik etmiş, ABŞ-ın keçmiş Prezidenti Obama ilə razılaşmalara da nail olmuş reformatorlar öz mövqelərini güzəştə getdilər.

Yeni hakimiyyət Vyanaya qayıtmağa hazır olduğunu, ancaq hökumətin qurulmasından sonra bunu edəcəyini bildirmişdi. Hökumət qurulub, amma geri dönüş yoxdur. Bunun əvəzində İran ətrafında çox böyük bir Qafqaz gərginliyi, İran-Azərbaycan qarşıdurması yaranır.

Bu yaxınlarda İran və Rusiya Xarici İşlər nazirləri arasında Moskvada aparılan danışıqlardan bir neçə saat əvvəl ABŞ Dövlət katibi Lavrova zəng etmişdi və İranın nüvə proqramı ilə bağlı danışıqları ən qısa zamanda bərpa etmək haqqına danışmışdı.

Lakin Tehran nəzərəçarpacaq dərəcədə zamanı uzatmağa çalışır, bunu X anında kəsilə bilən rezinə bənzətmək olar. Və ABŞ Dövlət Departamentinin mətbuat katibi, əslində, bu barədə açıq mətnlə danışır və qeyd edir ki, İran Vyanaya qayıtmalıdır və bu, sonsuza qədər uzana bilməz.

O xatırladıb ki, Tehran yaxın vaxtlarda geri dönmək barədə danışıb. “Ümid edirik ki, “yaxın vaxtlarda” ifadəsi “yaxın gələcəkdə” ifadəmizə uyğun olacaq”, - deyə Dövlət Departamentinin mətbuat katibi qeyd edib. Faktiki olaraq ABŞ İrana ilk xəbərdarlığını verir.

Əlbəttə, sual yaranır ki, Tehran zamanı uzatmağa davam etsə, nə ola bilər? Artıq daha sərt xəbərdarlıqlar, yoxsa qəfil hansısa əməliyyat olacaq? Bunu demək isə olduqca çətindir.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   İran  

ABŞ-ın İrana növbəti xəbərdarlığı: Sərt xəbərdarlıqlardan sonra qəfil əməliyyat olacaq?

2021/10/55-1633776955.jpg
Oxunub: 7706     21:25     09 Oktyabr 2021    

Bizi "telegram"da izləyin