Vətən Müharibəsi Qəhrəmanının xatirəsi anılıb - FOTOLAR

2021/10/9682f-1633526935.jpg
Oxunub: 2062     17:26     06 Oktyabr 2021    
Biləsuvar rayonunun Aşağı Cürəli kəndindən olan Vətən Müharibəsi Qəhrəmanı şəhid kapitan Cavid Mahmudovun xatirəsinə həsr edilmiş anım mərasimi keçirilib, adına tikilən bulağın açılışı olub.

Ordu.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Mərasimdə iştirak edən rayon rəhbərliyi, Müdafiə Nazirliyinin əməkdaşları, kənd sakinləri, şəhidin döyüş yoldaşları, yaxınları qəhrəmanın məzarını ziyarət edib, üzərinə çiçəklər düzüblər.

Sonra iştirakçılar Aşağı Cürəlidə şəhidin xatirəsinə tikilən bulağın açılışını ediblər.

Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyünün qorunması, bərpası, eləcə də işğal altında olmuş tarixi torpaqlarımızın azad edilməsi uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Şəhidin xatirəsinə fəxri qarovul düzülüb, Hərbi orkestrin müşaiyəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Çıxışlarda şəhidin şərəfli həyat yolundan, Azərbaycan Silahlı Qüvvələrinin Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğalçı Ermənistan ordusu üzərində qazanılan Qələbənin tarixi əhəmiyyətindən danışılıb. Vurğulanıb ki, Cavid və onun kimi şəhid vətən oğullarının xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaqdır.

Qeyd edək ki, Cavid Hilal oğlu Mahmudov 1989-cu il fevralın 6-da Biləsuvar rayonunun Aşağı Cürəli kəndində anadan olub. 2006-cı ildə O. Babayev adına Aşağı Cürəli kənd orta məktəbini, 2010-cu ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin “Zabit ixtisas kursu”nu və 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasını bitirib.

“Kapitan” hərbi rütbəsinədək yüksələn şəhid Cavid Mahmudov 44 günlük Vətən müharibəsində taborun şəxsi heyəti ilə birlikdə Füzuli rayonunun bir neçə yaşayış məntəqəsinin işğaldan azad edilməsi uğrunda döyüşlərdə peşəkar zabit kimi vəzifələrinin öhdəsindən layiqincə gəlib. Düşmənə hərbi texnika və canlı qüvvə sarıdan xeyli itkilər verib. Cavid Mahmudov 2020-ci il oktyabrın 4-də Füzuli rayonu istiqamətində hərbi əməliyyatlar zamanı döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.

Sağlığında “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)”, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli, “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” medalları ilə təltif olunub. Ölümündən sonra isə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Cavid Mahmudov “Vətən Müharibəsi Qəhrəmanı” adına, eləcə də “Vətən Uğrunda”, “Cəbrayılın azad olunmasına görə” medallara layiq görülüb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto

Teqlər: Vətən-müharibəsi  

Vətən Müharibəsi Qəhrəmanının xatirəsi anılıb - FOTOLAR

2021/10/9682f-1633526935.jpg
Oxunub: 2063     17:26     06 Oktyabr 2021    

Bizi "telegram"da izləyin