Baydenin mesajı: NATO-nun ölümü barədə xəbərlər şişirdilir?

2021/10/56-1633513195.jpg
Oxunub: 5454     16:14     06 Oktyabr 2021    
Ağ Ev ABŞ Prezidenti ilə NATO baş katibinin söhbəti barədə açıqlama yayıb. Bu söhbət zamanı transmilli problemlər və bunlara müqavimət göstərmək yolları müzakirə edilib.

Ağ Evin məlumatına görə, Co Bayden Yens Stoltenberqlə söhbətdə ABŞ-ın NATO-ya geniş dəstək əzmini bir daha təsdiq edib. Bayden-Stoltenberq görüşü bəlkə də ABŞ, Böyük Britaniya və Avstraliyanın Hind-Sakit okean regionunda birgə təhlükəsizlik ittifaqı yaradıldığını elan etməsindən sonra müxtəlif ekspert platformalarında səslənməyə başlayan müşahidələrə “cavab”dır.

Bunlardan sonra NATO-nun artıq tarixə çevrildiyi barədə qiymətləndirmələr səsləndi. Bayden-Stoltenberq görüşü əslində o barədədir ki, NATO tarixə çevrilmir və regional təhlükəsizlik vahidlərinin yaradılması NATO-nun strateji himayəsi altında taktiki prosesdir.

Əlbəttə, bu, zamanla Şimali Atlantika ittifaqının müəyyən dəyişikliklər zərurəti qarşısında dayanmayacağı demək deyil, lakin strateji baxımdan ittifaq əvəzolunmaz olmağa davam edir, regional vahidlərin formalaşması isə bəlkə də qlobal dəyişikliyin daha böyük dinamikası şəraitində daha mobil əməliyyatlar aparmaq qabiliyyəti ilə əlaqədardır.

Bir neçə gün bundan öncə qeyd etdiyimiz kimi, Aralıq dənizi zonasında Yunanıstan-Fransa alyansının formalaşdırılması barədə bəyanatı da bəlkə də bu məntiqin altında nəzərdən keçirmək lazımdır. Klassik sözü bir az fərqli şəkildə xatırlatsaq, faktiki olaraq Bayden və Stoltenberq deyir ki, NATO-nun “ölümü barədə məlumat şişirdilib”. Əlbəttə, bu hal beynəlxalq təhlükəsizlik baxımından, bu kontekstdə həmçinin region üçün vacibdir.

Məsələ burasındadır ki, NATO müəyyən bir geosiyasi balansı təmin edir, onun pozulması bəlkə də qaçılmaz olaraq yeni təhlükəsizlik vakuumlarına gətirib çıxaracaq ki, bu vakuumlar Qafqaz da daxil olmaqla yeni mühit riskləri yarada bilər.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   NATO  

Baydenin mesajı: NATO-nun ölümü barədə xəbərlər şişirdilir?

2021/10/56-1633513195.jpg
Oxunub: 5455     16:14     06 Oktyabr 2021    

Bizi "telegram"da izləyin