İƏT-in Komissiyası Ermənistanın Azərbaycan xalqına qarşı cinayətlərinə dair hesabat hazırlayacaq

2021/09/614ef-1632566267.jpg
Oxunub: 328     14:10     25 Sentyabr 2021    
"Bizim Gəncəyə gəlməyimizin əsas məqsədi İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının sədri və nümayəndə heyətləri kimi Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş cinayətlərin yerində araşdırmaqdır".

Ordu.az-ın yerli bürosu xəbər verir ki, bunu komissiyanın sədri Saeed Mohamed Abdulla Omair Alghfeli Gəncədə keçirilən mətbuat konfransında deyib.

"Biz artıq üç gündür, Azərbaycandayıq. Bura gələrkən Ombudsman, bir çox dövlət məmurları ilə görüşdük. Əsas məqsəd Azərbaycan xalqına qarşı törədilmiş hadisələr barədə məlumat əldə etməkdir. Biz Bakı səfərindən sonra Ağdam şəhərinə baş çəkdik. İƏT-in Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının nümayəndə heyəti kimi bizim əsas missiyamız ondan ibarətdir ki, gördüyümüz faktları yerində araşdıraq. Ağdamda ermənilər tərəfindən dağıdılmış evləri, obyektləri, muzeyləri müşahidə etdik, burada erməni vandalizminin şahidi olduq. Ağdamda ermənilər tərəfindən sökülmüş və yandırılmış evləri gördük. Gördüklərimizin hamısı bizdə olduqca pis təəssürat yaratdı. Ağdamdakı sökülmüş muzeylər tarixə hörmətsizlikdir. Daha sonra Tərtər rayonunda olduq. Orada məktəblərin raket atəşinə tutulması əlbəttə ki, mülki əhaliyə qarşı beynəlxalq insan hüquqlarının pozulması deməkdir. Bunların hamısı məyusluq hissi yaradır", - deyə sədr bildirib.

O, həmçinin, Ağdam şəhərində minalanmış əraziləri gözləri ilə gördüklərini qeyd edib, bildirib ki, həmin ərazilər olduqca təhlükəlidir.

"Ümid edirik, Azərbaycan hökuməti işğaldan azad olunmuş torpaqlarında bərpa işlərini qısa zamanda uğurla həyata keçirəcək", - komissiyanın sədri bildirib.

O əlavə edib ki, Azərbaycana səfərin əsas məqsədi bütün faktları yerində araşdırıb, onları sənədləşdirib, şəkillər, video-sübutlar əldə edib, yığılmış materiallar əsasında hesabat hazırlamaqdır.

Hesabat bütün beynəlxalq və müstəqil qurumlara göndəriləcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: İƏT   Ermənistan   Azərbaycan  

İƏT-in Komissiyası Ermənistanın Azərbaycan xalqına qarşı cinayətlərinə dair hesabat hazırlayacaq

2021/09/614ef-1632566267.jpg
Oxunub: 329     14:10     25 Sentyabr 2021    

Bizi "telegram"da izləyin