Lavrov və Le Drian Qarabağı müzakirə ediblər: Fransa Rusiya ilə yaxınlaşma yolunda?

2020/10/unnam-1603209496.jpg
Oxunub: 931     16:42     25 Sentyabr 2021    
Fransa Xarici İşlər naziri Jan-İv Lö Drian və Rusiya Xarici İşlər naziri Sergey Lavrov Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində baş tutmuş görüşdə Qarabağ zonasındakı vəziyyəti müzakirə ediblər və vəziyyətin sabitləşdirilməsi istiqamətində gələcək işi nəzərdən keçiriblər.

Rusiya Xarici İşlər Nazirliyi bu barədə bəyanat yayıb. Bəyanatdakı “ilk növbədə ATƏT-in Minsk qrupu formatında gələcək iş” ifadəsinə xüsusi diqqət etmək lazımdır. Əlbəttə, bundan Minsk qrupunun həmsədrliyi formatının aktivləşməsi ilə bağlı təcili nəticələr çıxarmaq lazım deyil. Bu problemin kifayət qədər mürəkkəb, çoxtəbəqəli müzakirələr mərhələsində olduğu şübhəsizdir.

Sentyabrın 29-u üçün elan edilmiş Ərdoğan-Putin görüşü də bu məsələdə öz vacib əhəmiyyətinə malik olacaq. Ərdoğan-Putin görüşü birbaşa və ya dolayı yolla bu məsələni də əhatə edəcək, eləcə də başqa məsələlər kontekstində öz təsirini göstərəcək.

Eyni zamanda Minsk qrupunun həmsədrliyi formatının gələcəyi baxımından Hind-Sakit okean zonasında yeni üçtərəfli təhlükəsizlik alyansının formalaşdırılması haqqında ABŞ, Böyük Britaniya və Avstraliyanın qərarından sonra yaranan Amerika-Fransa böhranına da müəyyən dərəcədə təsir göstərə bilər.

Fransa bu qərardan kənar qalmaq, eləcə də iqtisadi cəhətdən itki vermək ilə bağlı narazılıq bildirdi. Məsələ burasındadır ki, Avstraliya Fransadan hərbi gəmilər almaq sövdələşməsindən imtina etdi, çünki Böyük Britaniya və ABŞ nüvə sualtı gəmisini yaratmaq üçün Avstraliyaya kömək edəcək.

Böyük Britaniyanın Baş naziri Conson Fransanın narazılığı ilə bağlı kifayət qədər sərt formada danışmışdı. ABŞ Prezidenti Bayden Fransa Prezidenti Makronla telefon danışığı aparmışdı, bundan sonra bəyan edilmişdi ki, iki Prezident yaxın gələcəkdə yaranmış vəziyyətlə bağlı bəyanat verəcək.

Amerika-Fransa böhranının aradan qaldırılması mümkündür, lakin hər halda “çöküntü”nün qalacağına dair ehtimal da böyükdür. Budur, bu fonda Lö Drian-Lavrov görüşü də diqqətəlayiqdir, ancaq, əlbəttə, Fransa və ABŞ Xarici İşlər nazirlərinin görüşü olub. Bütün məsələ odur ki, bəzi beynəlxalq ekspert dairələri Amerika-Britaniya alyansının vurğulanması fonunda Fransanın Rusiyaya doğru hərəkətini müşahidə edirlər.

Alyans haqqında danışmaq bəlkə də tezdir və ya yersizdir, lakin bununla belə Fransa-Rusiya qarşılıqlı münasibəti bu baxımdan tarixi dərinliyə malikdir, buna görə də başqa istiqamətdə böhran vəziyyətlərində bu dərinlik özünü daha da hiss etdirə, ən azından sual yarada bilər ki, Amerika- Britaniya alyansının vurğulanması Fransa-Rusiya münasibətlərinin yaxınlaşmasına gətirib çıxaracaq?

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Fransa   Rusiya   Qarabağ  

Lavrov və Le Drian Qarabağı müzakirə ediblər: Fransa Rusiya ilə yaxınlaşma yolunda?

2020/10/unnam-1603209496.jpg
Oxunub: 932     16:42     25 Sentyabr 2021    

Bizi "telegram"da izləyin