Region üçün vacib müzakirə: Bayden və Makron nə bəyan edəcəklər?

2021/08/macro-1629435392.jpg
Oxunub: 719     16:27     25 Sentyabr 2021    
Sentyabrın 22-də ABŞ və Fransa Prezidentlərinin telefon danışığı baş tutub. Telefon danışığı zamanı Hind-Sakit Okean zonasında üçlü alyansın yaradılması ilə bağlı yaranmış Amerika-Fransa gərginliyi əsas müzakirə məsələsi olub və ya hər halda olmalı olduğu əvvəlcədən bəyan edilmişdi.

Məlum olduğu kimi, ABŞ Böyük Britaniya və Avstraliya məqsədi ən yeni hərbi texnologiyaların tətbiqi də daxil olmaqla Hind-Sakit Okean zonasında təhlükəsizlik prioriteti olan üçlü birlik yaradılmasını bəyan etdi. Xüsusən bu kontekstdə Avstraliya nüvə sualtı gəmisinə sahib olmaq imkanı qazanacaq.

Fransa prezident səviyyəsində bildirdi ki, bu üçlük qərarı arxadan zərbədir. Avstraliyanın da Fransadan gəmirlər almaq sövdələşməsindən imtina etməsi mənasında Parisin narazılığının həm siyasi və ya hərbi-siyasi, həm də iqtisadi motivi var. Və budur, bu günlərdə davam edən bu narazılıq fonunda ABŞ və Fransa Prezidentlərinin telefon danışığı baş tutur. Bu telefon danışığı haqqında məlumatda Yelisey sarayı qeyd etmişdi ki, yaxın gələcəkdə ABŞ və Fransa Prezidentləri birgə bəyanat verəcəklər.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Fransa  


Region üçün vacib müzakirə: Bayden və Makron nə bəyan edəcəklər?

2021/08/macro-1629435392.jpg
Oxunub: 720     16:27     25 Sentyabr 2021    
Sentyabrın 22-də ABŞ və Fransa Prezidentlərinin telefon danışığı baş tutub. Telefon danışığı zamanı Hind-Sakit Okean zonasında üçlü alyansın yaradılması ilə bağlı yaranmış Amerika-Fransa gərginliyi əsas müzakirə məsələsi olub və ya hər halda olmalı olduğu əvvəlcədən bəyan edilmişdi.

Məlum olduğu kimi, ABŞ Böyük Britaniya və Avstraliya məqsədi ən yeni hərbi texnologiyaların tətbiqi də daxil olmaqla Hind-Sakit Okean zonasında təhlükəsizlik prioriteti olan üçlü birlik yaradılmasını bəyan etdi. Xüsusən bu kontekstdə Avstraliya nüvə sualtı gəmisinə sahib olmaq imkanı qazanacaq.

Fransa prezident səviyyəsində bildirdi ki, bu üçlük qərarı arxadan zərbədir. Avstraliyanın da Fransadan gəmirlər almaq sövdələşməsindən imtina etməsi mənasında Parisin narazılığının həm siyasi və ya hərbi-siyasi, həm də iqtisadi motivi var. Və budur, bu günlərdə davam edən bu narazılıq fonunda ABŞ və Fransa Prezidentlərinin telefon danışığı baş tutur. Bu telefon danışığı haqqında məlumatda Yelisey sarayı qeyd etmişdi ki, yaxın gələcəkdə ABŞ və Fransa Prezidentləri birgə bəyanat verəcəklər.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Fransa  


Bizi "telegram"da izləyin