Şəhid ailələri və qazilər daim diqqət mərkəzində saxlanılır - FOTOLAR

2021/09/16325-16325574190.jpg
Oxunub: 829     12:09     25 Sentyabr 2021    
27 sentyabr - Anım Günü ərəfəsində Xaçmaz və Qubada şəhid ailələri ziyarət olunur.

Ordu.az xəbər verir ki, Xaçmaz rayonunda şəhid ailələri ilə növbəti görüşlər Qaraqurdlu, Qobuqırağı, Qaracəlli, Yeni Həyat, Pirquluoba, Bayoba, Çaykənarı, Uzunoba, Şərifoba və Palçıqoba kəndlərində keçirilib.

Rayon icra hakimiyyətinin başçısı Elnur Rzayev şəhid ailələri və qazilərlə birlikdə torpaqlarımızın azadlığı uğrunda canından keçən Vətən oğullarının məzarlarını ziyarət ediblər.

Görüşlərdə şəhid ailələrinin və qazilərimizin dövlətimiz tərəfindən daim diqqət mərkəzində saxlanıldığı bildirilib.

Qubada da Anım Günü ərəfəsində rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyev və aparatın məsul əməkdaşları şəhid ailələrini ziyarət edir, onların qayğıları ilə maraqlanırlar.

Görüşlərdə Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı şanlı Qələbədən, şəhidlərimizin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışılıb. Şəhidlərimizin qanının yerdə qalmadığı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyini bildirilib.

Şəhid ailələri və Qarabağ qaziləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Anım-Günü   Xaçmaz  

Şəhid ailələri və qazilər daim diqqət mərkəzində saxlanılır - FOTOLAR

2021/09/16325-16325574190.jpg
Oxunub: 830     12:09     25 Sentyabr 2021    

Bizi "telegram"da izləyin