Çad təhlükəsizlik problemlərini həll etmək üçün ordu sayını ikiqat artırmağı planlaşdırır

2020/04/thumb-1585736332.jpg
Oxunub: 490     15:32     25 Sentyabr 2021    
Çadın keçid hökuməti silahlı qiyamçı təhdidləri də daxil olmaqla təhlükəsizlik problemlərinin öhdəsindən gəlmək üçün ordusunun sayını kəskin şəkildə artırmağı planlaşdırır.

Ordu.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə keçid hökumətin Müdafiə naziri general Daoud Yaya Brahim parlamentdə etdiyi çıxış zamanı məlumat verib.

O, ordunun sayının 2022-ci ilin sonuna qədər 35 mindən 60 minə çatdırılması prosesinə başladığını bildirib.

“Biz artıq əsgərlərin və zabitlərin işə qəbulu və təlimi ilə bu işə başladıq. Məqsəd, Sahel ölkələrimizin üzləşdiyi asimmetrik savaşa uyğunlaşa bilən elit birliklər yaratmaqdır”, - deyə nazir qeyd edib.

Çad qonşuları Nigeriya, Kamerun və Niger, Sahel dövlətləri Mali və Burkina Faso ilə birlikdə “Əl Qaidə” və İŞİD terror təşkilatları ilə ilə əlaqəli silahlılarla mübarizə aparır.

Çad ordusu ölkənin şimalında da qiyamçılarla mübarizə aparır. Keçmiş prezident İdris Debi apreldə silahlılarla döyüşən cəbhə bölgəsindəki əsgərləri ziyarət edərkən öldürülüb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çad   İŞİD  


Çad təhlükəsizlik problemlərini həll etmək üçün ordu sayını ikiqat artırmağı planlaşdırır

2020/04/thumb-1585736332.jpg
Oxunub: 491     15:32     25 Sentyabr 2021    
Çadın keçid hökuməti silahlı qiyamçı təhdidləri də daxil olmaqla təhlükəsizlik problemlərinin öhdəsindən gəlmək üçün ordusunun sayını kəskin şəkildə artırmağı planlaşdırır.

Ordu.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə keçid hökumətin Müdafiə naziri general Daoud Yaya Brahim parlamentdə etdiyi çıxış zamanı məlumat verib.

O, ordunun sayının 2022-ci ilin sonuna qədər 35 mindən 60 minə çatdırılması prosesinə başladığını bildirib.

“Biz artıq əsgərlərin və zabitlərin işə qəbulu və təlimi ilə bu işə başladıq. Məqsəd, Sahel ölkələrimizin üzləşdiyi asimmetrik savaşa uyğunlaşa bilən elit birliklər yaratmaqdır”, - deyə nazir qeyd edib.

Çad qonşuları Nigeriya, Kamerun və Niger, Sahel dövlətləri Mali və Burkina Faso ilə birlikdə “Əl Qaidə” və İŞİD terror təşkilatları ilə ilə əlaqəli silahlılarla mübarizə aparır.

Çad ordusu ölkənin şimalında da qiyamçılarla mübarizə aparır. Keçmiş prezident İdris Debi apreldə silahlılarla döyüşən cəbhə bölgəsindəki əsgərləri ziyarət edərkən öldürülüb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çad   İŞİD  


Bizi "telegram"da izləyin