ABŞ, Avstraliya, Yaponiya və Hindistan yeni ittifaq yaradıb

2021/09/7dbc5-1632553387.jpg
Oxunub: 533     10:55     25 Sentyabr 2021    
ABŞ, Avstraliya, Yaponiya və Hindistan “Dördlük” (“Quad”) yaradılması barədə razılıq əldə edib.

Ordu.az xəbər verir ki, bu barədə Avstraliyanın Baş naziri Skot Morrison bildirib.

Onun sözlərinə görə, ABŞ Prezidenti Cozef Bayden, Hindistanın Baş naziri Narendra Modi, Yaponiyanın Baş naziri Suğa Yosihide və özü arasında Hind-Sakit okeanı bölgəsində “Çini sabitləşdirmək üçün” “Dördlük” (“Quad”) adlı formatı qəbul edənlərin Vaşinqtonda ilk görüşü keçirilib: “Dördlük” Çin, yaxud hər hansı bir ölkə üçün ortaqlıqdır. Bu, Hind-Sakit okean regonundakı xalqların rifahını yüksəltmək üçün müsbət təşəbbüsdür”.

Ağ Evin Şərq Odasında bir araya gələn 4 lider koronavirusa qarşı mübarizə, yeni texnologiyalar, regional infrastruktur, təmiz enerji, iqlim dəyişikliyi, habelə regional və qlobal məsələləri müzakirə ediblər.

Qeyd edək ki, ABŞ, Böyük Britaniya və Avstraliya AUKUS adlı format yaradıb. Bu, ittifaqa Çin və Avropa İttifaqı etiraz edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Avstraliya   Yaponiya   Hindistan  


ABŞ, Avstraliya, Yaponiya və Hindistan yeni ittifaq yaradıb

2021/09/7dbc5-1632553387.jpg
Oxunub: 534     10:55     25 Sentyabr 2021    
ABŞ, Avstraliya, Yaponiya və Hindistan “Dördlük” (“Quad”) yaradılması barədə razılıq əldə edib.

Ordu.az xəbər verir ki, bu barədə Avstraliyanın Baş naziri Skot Morrison bildirib.

Onun sözlərinə görə, ABŞ Prezidenti Cozef Bayden, Hindistanın Baş naziri Narendra Modi, Yaponiyanın Baş naziri Suğa Yosihide və özü arasında Hind-Sakit okeanı bölgəsində “Çini sabitləşdirmək üçün” “Dördlük” (“Quad”) adlı formatı qəbul edənlərin Vaşinqtonda ilk görüşü keçirilib: “Dördlük” Çin, yaxud hər hansı bir ölkə üçün ortaqlıqdır. Bu, Hind-Sakit okean regonundakı xalqların rifahını yüksəltmək üçün müsbət təşəbbüsdür”.

Ağ Evin Şərq Odasında bir araya gələn 4 lider koronavirusa qarşı mübarizə, yeni texnologiyalar, regional infrastruktur, təmiz enerji, iqlim dəyişikliyi, habelə regional və qlobal məsələləri müzakirə ediblər.

Qeyd edək ki, ABŞ, Böyük Britaniya və Avstraliya AUKUS adlı format yaradıb. Bu, ittifaqa Çin və Avropa İttifaqı etiraz edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Avstraliya   Yaponiya   Hindistan  


Bizi "telegram"da izləyin