İran səfiri : “Özəl şirkətlərə xəbərdarlıq etdik ki, Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşsınlar”

2021/09/25795-1632496930.jpg
Oxunub: 1022     19:16     24 Sentyabr 2021    
“Azərbaycanla İran arasında mehriban qonşuluq münasibətləri var. Üçüncü tərəflər isə bu münasibətləri istəmirlər. Son dövrlər Hikmət Hacıyevlə iki görüş keçirmişəm, ikitərəfli münasibətləri ətraflı müzakirə etmişəm”.

Ordu.az xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi deyib.

Onun sözlərinə görə, son görüşdə Hikmət Hacıyev Azərbaycan Prezidentinin İran Prezidentinə ismarıclarını çatdırıb: “Təəssüf ki, sosial şəbəkədə həqiqətə uyğun olmayan məlumatlar çox yayılır. Ancaq mən arxayınlıqla deyirəm ki, yük maşınları məsələsini araşdırdıq. Məlum oldu ki, özəl şirkətlər bu addımı atıblar. Biz özəl şirkətlərə xəbərdarlıq etdik ki, Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşsınlar. Ermənistan qonşularımızdan biridir. Biz hər zaman separatçılığa qarşı olmuşuq. Dini liderimizin, prezidentin açıqlamalarında Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu bəyan edilib. Üçüncü tərəflər ikitərəfli münasibətlərə xələl gətirə bilməyəcək”.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Azərbaycan  


İran səfiri : “Özəl şirkətlərə xəbərdarlıq etdik ki, Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşsınlar”

2021/09/25795-1632496930.jpg
Oxunub: 1023     19:16     24 Sentyabr 2021    
“Azərbaycanla İran arasında mehriban qonşuluq münasibətləri var. Üçüncü tərəflər isə bu münasibətləri istəmirlər. Son dövrlər Hikmət Hacıyevlə iki görüş keçirmişəm, ikitərəfli münasibətləri ətraflı müzakirə etmişəm”.

Ordu.az xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi deyib.

Onun sözlərinə görə, son görüşdə Hikmət Hacıyev Azərbaycan Prezidentinin İran Prezidentinə ismarıclarını çatdırıb: “Təəssüf ki, sosial şəbəkədə həqiqətə uyğun olmayan məlumatlar çox yayılır. Ancaq mən arxayınlıqla deyirəm ki, yük maşınları məsələsini araşdırdıq. Məlum oldu ki, özəl şirkətlər bu addımı atıblar. Biz özəl şirkətlərə xəbərdarlıq etdik ki, Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşsınlar. Ermənistan qonşularımızdan biridir. Biz hər zaman separatçılığa qarşı olmuşuq. Dini liderimizin, prezidentin açıqlamalarında Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu bəyan edilib. Üçüncü tərəflər ikitərəfli münasibətlərə xələl gətirə bilməyəcək”.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Azərbaycan  


Bizi "telegram"da izləyin