Ərdoğanın bəyanatı İrəvanda diqqətləri kəskinləşdirib: ağır bir presedent var

2021/09/00-87-1632479143.jpg
Oxunub: 1134     10:41     25 Sentyabr 2021    
Türkiyə Prezidenti Ərdoğan BMT Baş Assambleyasının tribunasından bildirib ki, Türkiyə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir və Krımın Rusiyaya birləşdirilməsini tanımır. Türkiyənin Krım məsələsindəki bu mövqeyi yeni deyil, əvvəlki illərdə də mütəmadi olaraq ifadə olunub.

Ancaq Rusiya Prezidenti Putinlə yaxın gələcəkdə gözlənilən görüşdən əvvəl qoyulan vurğular diqqətəlayiqdir. Bu görüşün hazırlandığını Putinin mətbuat katibi Peskov bəyan edib. Peskov həmçinin deyib ki, görüş hər zamankı kimi geniş gündəmə malik olacaq.

Bu kontekstdə diqqətəlayiqdir ki, görüşdən əvvəl Ankara Rusiya Dövlət Dumasına bu yaxınlarda keçirilmiş seçkinin “Krım nəticəsi”ni tanımadığını bildirir, eləcə də Prezidentin BMT Baş Assambleyasının tribunasından çıxış səviyyəsində Krımın Rusiyanın tərkibinə daxil edilməsini tanımadığını və Kiyevin ərazi bütövlüyünü dəstəklədiyini qeyd edir.

“1in.am” nəşri yazır ki, Krım məsələsi dərinlik baxımından bəlkə də Ermənistan üçün də kifayət qədər həssas məsələdir. Hər halda belə bir müşahidənin əsası odur ki, ümumiyyətlə Rusiyanın məhz Krım əməliyyatının əvvəlcədən hazırlanması bəlkə də Qarabağ məsələsində də Qərbin mümkün reaksiyasını və müqavimətini proqnozlaşdıraraq Türkiyə-Azərbaycan tandemi ilə əməkdaşlığı ən yüksək səviyyədə aktivləşdirməyin əsas stimullarından biri idi.

“Sözügedən müqavimətdə Türkiyə Rusiyanı Qərbə qarşı əsas tərəfdaş kimi nəzərdən keçirməyə başladı.

Ümumiyyətlə, birbaşa mənada olmasa da, siyasi dipnot mənasında müəyyən dərəcədə “mübadilə” baş verdi, Türkiyə Krım məsələsində Rusiyaya mane olmadı, əvəzində Rusiya Qarabağ və Azərbaycan məsələsində Türkiyənin planlarını qəbul etdi, əlbəttə, bunu öz planlarının minimum müdafiəsi gözləntisi və məntiqi ilə etdi.

Bu presedentin mövcudluğu Krım məsələsində hər hansı rus-türk siyasi kontekstini Ermənistan üçün çox həssas edir.

Ərdoğan-Putin görüşündən əvvəl Türkiyə Krım məsələsindəki “fikir ayrılığı”nı kifayət qədər yüksək və sərt səviyyədə ağırlaşdırırsa, bu o deməkdir ki, onun üçün vacib məsələdə Rusiyadan razılıq almaq niyyəti var. Əlbəttə, bu məsələni yalnız Qafqaza yox, məsələn, Orta Asiya-Əfqanıstan, yaxud Yaxın Şərq istiqamətinə də aid etmək olar, çünki Ərdoğan-Putin görüşündə Suriyadakı vəziyyət də müzakirə olunacaq. Lakin Ərdoğanın Krımla bağlı açıqlamaları erməni tərəfinin diqqətini və ayıq-sayıqlığını kəskinləşdirməlidir”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ərdoğan   İrəvan  

Ərdoğanın bəyanatı İrəvanda diqqətləri kəskinləşdirib: ağır bir presedent var

2021/09/00-87-1632479143.jpg
Oxunub: 1135     10:41     25 Sentyabr 2021    

Bizi "telegram"da izləyin