Bölgədə Türkiyə-Azərbaycan birliyinə qarşı təxribatlar – İran nə istəyir?

2021/09/16014-1631537101.jpg
Oxunub: 1653     16:18     24 Sentyabr 2021    
İran mətbuatının yazdığına görə, İran İnqilab Keşikçiləri Korpusu (İİKK) əsasən hücum xarakterli texnika və canlı qüvvəsini Azərbaycan Respublikası ilə sərhədə köçürüb.

Məlumata görə, Azərbaycan-İran sərhədinin bütün uzunluğu boyunca, İran İnqilab Keşikçiləri Korpusu tanklar da daxil olmaqla bir neçə yüz hərbi texnika ilə silahlanmış çoxlu sayda qoşun cəmləşdirib. Bəzi məlumatlara görə, maneələr üzərində körpülər quran nəqliyyat vasitələri 2020-ci il müharibəsi günlərində olduğu kimi sərhəddən çox da uzaqda deyil.

Və bu hamısı deyil. Pilotsuz Uçuş Aparatları (PUA) da daxil olmaqla, hərbi aviasiyaya əlavə olaraq, İran birbaşa sərhədə yaxın 6 ədəd “Fəcr-5” raket sistemi yerləşdirib, Hava Hücumundan Müdafiə (HHM) sistemi döyüşə hazır vəziyyətə gətirilib. Azərbaycan Respublikası ilə sərhədə çoxlu sayda zirehli maşın, hücum üçün nəzərdə tutulan tanklar, zirehli personal daşıyıcıları, raket və artilleriya sistemləri, o cümlədən 122 millimetrlik raket qurğuları və 240 millimetrlik “Fəcr-3” raket sistemləri daşınıb.

İranla sərhəd bölgəsində çoxlu sayda Azərbaycan qüvvələrinin yerləşdirilməsi İran tərəfini daha da qızışdırıb. İran kəşfiyyatına görə, Qarabağ ətrafındakı vəziyyətdə Bakının səbri “tükənməkdə” olub, Ermənistanla hərbi eskalasiya təhlükəsi xeyli artmışdı.

Bildirilir ki, İİKK tərəfindən xüsusi əməliyyatlar üzrə ixtisaslaşmış, İran-İraq müharibəsi zamanı yaradılan “31-ci Aşura Briqadası” Araz sahillərinə göndərilib.

İİKK Ərdəbil şəhərindən kəşfiyyat PUA-larını, habelə maksimum 2000 km məsafə 200 km/saata qədər sürətlə hərəkət edə bilən, uzaqdan idarəolunan və tank əleyhinə raketlərlə təchiz edilmiş ən son “Mohajer-6” PUA-larını havaya qaldırıb.

Eyni zamanda, İİKK-nin Təbrizdə yerləşən aerokosmik qüvvələrinə məxsus iki raket bazası da döyüş hazırlığı vəziyyətinə gətirilib.

Məlumata görə, Türkiyə də qoşunlarını və hərbi texnikasını İranla sərhəddə cəmləşdirir.

Digər tərəfdən, Suriya Xarici İşlər naziri Feysəl Mikdad “RİA Novosti”yə bildirib ki, Suriya hakimiyyəti Türkiyədən qoşunlarını ölkənin şimal bölgələrindən dərhal çıxarmasını tələb edir.

“Düşünürəm ki, Türkiyə dərhal qoşunlarını geri çəkməlidir. Beynəlxalq ictimaiyyət, öz növbəsində, Suriyanın ölkənin şimalındakı əraziləri azad etmək səylərini dəstəkləməlidir”, - deyə o bildirib.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Türkiyə   Azərbaycan   İran  

Bölgədə Türkiyə-Azərbaycan birliyinə qarşı təxribatlar – İran nə istəyir?

2021/09/16014-1631537101.jpg
Oxunub: 1654     16:18     24 Sentyabr 2021    

Bizi "telegram"da izləyin