Keçmiş erməni deputat: “Bir müddət sonra 10 noyabr və 11 yanvarda hansı razılaşmaların əldə edildiyini biləcəyik”

2021/09/unnam-1632477916.jpg
Oxunub: 657     15:54     24 Sentyabr 2021    
“Məğlubiyyət davam edir və inanıram ki, bir müddət sonra 9 noyabr və 11 yanvarda hansı razılaşmaların əldə olunduğunu biləcəyik”.

Ordu.az xəbər verir ki, bunu keçmiş deputat Ruben Hakopyan deyib.

O qeyd edib ki, Azərbaycan və Türkiyə baş verənlərin əldə olunan razılaşmaların məntiqinə uyğun olduğunu açıq şəkildə söyləyirlər.

Onun sözlərinə görə, Ərdoğan ilkin şərtlər irəli sürməsinə baxmayaraq, Ermənistan tərəfi daha əvvəl şərtlər irəli sürüb.

“Türkiyə Ermənistanla bağlı planlarını açıqladı və addım-addım həyata keçirir. Ermənistan bu gün dünyadan təcrid olunub, heç kim bunu nəzərə almır, hətta strateji müttəfiqi belə ona etibar etmir, çünki İrəvan müxtəlif sahələrdə oynayır. Gorus-Qafan yolundakı vəziyyətə gəlincə, bu gün iranlıların başına gələnlər Ermənistan vətəndaşlarının başına gələ bilər. Bu, dəhlizin açılmasına razılıq vermək öhdəliyidir” - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Türkiyə   Ermənistan  


Keçmiş erməni deputat: “Bir müddət sonra 10 noyabr və 11 yanvarda hansı razılaşmaların əldə edildiyini biləcəyik”

2021/09/unnam-1632477916.jpg
Oxunub: 658     15:54     24 Sentyabr 2021    
“Məğlubiyyət davam edir və inanıram ki, bir müddət sonra 9 noyabr və 11 yanvarda hansı razılaşmaların əldə olunduğunu biləcəyik”.

Ordu.az xəbər verir ki, bunu keçmiş deputat Ruben Hakopyan deyib.

O qeyd edib ki, Azərbaycan və Türkiyə baş verənlərin əldə olunan razılaşmaların məntiqinə uyğun olduğunu açıq şəkildə söyləyirlər.

Onun sözlərinə görə, Ərdoğan ilkin şərtlər irəli sürməsinə baxmayaraq, Ermənistan tərəfi daha əvvəl şərtlər irəli sürüb.

“Türkiyə Ermənistanla bağlı planlarını açıqladı və addım-addım həyata keçirir. Ermənistan bu gün dünyadan təcrid olunub, heç kim bunu nəzərə almır, hətta strateji müttəfiqi belə ona etibar etmir, çünki İrəvan müxtəlif sahələrdə oynayır. Gorus-Qafan yolundakı vəziyyətə gəlincə, bu gün iranlıların başına gələnlər Ermənistan vətəndaşlarının başına gələ bilər. Bu, dəhlizin açılmasına razılıq vermək öhdəliyidir” - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Türkiyə   Ermənistan  


Bizi "telegram"da izləyin