Türkiyədən gələn şəxsi təyyarə İrəvana endikdən sonra hara qayıdıb? - ƏTRAFLI

2021/09/DC1E2-1632477559.jpg
Oxunub: 974     14:59     24 Sentyabr 2021    
Sentyabrın 23-də Türkiyədən gələn şəxsi təyyarə İrəvana enib.

Ordu.az xəbər verir ki, bu barədə “Flightradar24” uçuş izləmə saytında qeyd olunub.

Erməni KİV-ləri yazır ki, Ankaradan İrəvana çarter reysi açılıb. Mətbuat “Flightradar24”ə istinadən Türkiyənin özəl təyyarəsinin İrəvana endiyini qeyd edib.

Ermənistanın “168.am” nəşri Ermənistanın Mülki Aviasiya Komitəsindən (CPC) Türkiyənin özəl təyyarəsinin İrəvana hansı çarter reysi ilə, nə məqsədlə endiyini öyrənməyə çalışıb. Komitədən məlumatı dəqiqləşdirəcəkləri və geri zəng edəcəklərinə dair söz versələr də, təxminən bir saat keçsə belə zəng edilməyib.

Daha sonra, Ermənistan Mülki Aviasiya Komitəsi sualın yazılı şəkildə göndərilməsini təklif edib. Kütləvi informasiya vasitəsi bu tələbə əməl edəcəklərini qeyd edir, çünki Ermənistan-Türkiyə münasibətlərinin normallaşması mövzusunun aktivləşdiyi bu günlərdə Türkiyənin özəl təyyarəsinin İrəvana yeni müsbət siqnallar “ötürməsi” hər zamankından daha maraqlıdır.

Lakin Ermənistan Mülki Aviasiya Komitəsinin bu əsrarəngiz gecikməsi, şübhəsiz ki, suallar doğurur. Türkiyədən Ermənistana olan hava sərhədi açıqdır, Türkiyənin özəl təyyarələri Ermənistana çarter uçuşları həyata keçirilə biliblər.

Daha sonra “Azadlıq” hərəkatı öz “Facebook” səhifəsində bir paylaşım edərək təyyarəsinin Milas hava limanına endiyini qeyd edib.

“Bu gün İrəvanı gəlmiş Türkiyənin xüsusi təyyarəsi Milas hava limanına endi. Milas Marmarisə ən yaxın hava limanıdır. Ərdoğanın iqamətgahı Marmarisdə yerləşir”, - deyə hərəkat qeyd edib.

“5165” hərəkatının mətbuat katibi Davit Qriqoryan isə öz “Facebook” səhifəsində yazıb: “Yayılan məlumata görə, Türkiyənin Bodrum kurortundakı məşhur otellərdən birinə məxsus çarter təyyarəsi günorta İrəvana eniş edib, qısa bir dayanmadan sonra isə Bodruma qayıdıb.

Sual yaranır, buradan Bodruma gediblər, yoxsa Bodrumdan İrəvana gəliblər? Gələn və ya gedən şəxs kim olub? Bəzi rus müxalif məlumat mərkəzlərinə güvənsək, Bodrum türk oliqarxlarının himayəsində olmaqla bəzi yüksək çinli Rusiya məmurlarının ən sevimli istirahət yeridir”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: TürkiyəTəyyarə   İrəvan  

Türkiyədən gələn şəxsi təyyarə İrəvana endikdən sonra hara qayıdıb? - ƏTRAFLI

2021/09/DC1E2-1632477559.jpg
Oxunub: 975     14:59     24 Sentyabr 2021    

Bizi "telegram"da izləyin