ABŞ Avstraliyanın “Abrams” tanklarını, MQ-4C PUA-larını dəstəkləyəcək

2021/09/unnam-1632474290.jpg
Oxunub: 553     15:29     24 Sentyabr 2021    
ABŞ Avstraliyanın “Abrams” tank parkına və MQ-4C “Triton” adlı Pilotsuz Uçuş Aparatlarına (PUA) texniki dəstək verəcək.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb.

Texniki dəstək ABŞ-ın “General Dynamics” və “Northrop Grumman” şirkəti tərəfindən dəstəklənəcək.

ABŞ Müdafiə Nazirliyi “General Dynamics Land Systems” şirkəti ilə “Abrams” tanklarının dəstəklənməsi üçün 13.74 milyon dollarlıq müqavilə imzalayıb. Müqavilənin 2022-ci ildə icra oluncağı bildirilir.

Avstraliya 2007-ci ildə köhnə “Leopard” tanklarını M1A1 “Abrams” tankları ilə əvəz edib.

“Northrop” şirkəti ilə MQ-4C “Triton” PUA-larını dəstəkləmək üçün 15.83 milyon dollarlıq müqavilə imzalanıb. 2018-ci ilin iyun ayında Avstraliya Hökuməti ökənin dəniz imkanlarını gücləndirmək məqsədi ilə 1,4 milyard dollara altı ədəd MQ-4C “Triton” alıb. Avstraliyanın ilk MQ-4C “Triton”u 2023-cü ildə təhvil veriləcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Avstraliya   Abrams  


ABŞ Avstraliyanın “Abrams” tanklarını, MQ-4C PUA-larını dəstəkləyəcək

2021/09/unnam-1632474290.jpg
Oxunub: 554     15:29     24 Sentyabr 2021    
ABŞ Avstraliyanın “Abrams” tank parkına və MQ-4C “Triton” adlı Pilotsuz Uçuş Aparatlarına (PUA) texniki dəstək verəcək.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb.

Texniki dəstək ABŞ-ın “General Dynamics” və “Northrop Grumman” şirkəti tərəfindən dəstəklənəcək.

ABŞ Müdafiə Nazirliyi “General Dynamics Land Systems” şirkəti ilə “Abrams” tanklarının dəstəklənməsi üçün 13.74 milyon dollarlıq müqavilə imzalayıb. Müqavilənin 2022-ci ildə icra oluncağı bildirilir.

Avstraliya 2007-ci ildə köhnə “Leopard” tanklarını M1A1 “Abrams” tankları ilə əvəz edib.

“Northrop” şirkəti ilə MQ-4C “Triton” PUA-larını dəstəkləmək üçün 15.83 milyon dollarlıq müqavilə imzalanıb. 2018-ci ilin iyun ayında Avstraliya Hökuməti ökənin dəniz imkanlarını gücləndirmək məqsədi ilə 1,4 milyard dollara altı ədəd MQ-4C “Triton” alıb. Avstraliyanın ilk MQ-4C “Triton”u 2023-cü ildə təhvil veriləcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Avstraliya   Abrams  


Bizi "telegram"da izləyin