Polşa ABŞ tərəfindən satılan “Abrams” tanklarını ölkənin şərq sahillərində yerləşdirəcək

2021/09/10519-1632474062.jpg
Oxunub: 453     13:51     24 Sentyabr 2021    
Polşa ABŞ-dan alınan 250 ədəd “Abrams” əsas döyüş tankını ölkənin şərq sahillərində yerləşdirəcək.

Ordu.azxəbər verir ki, bu barədə Polşa Müdafiə naziri Mariuş Blezçek məlumat verib.

Nazirin sözlərinə görə, tanklar ölkəyə hücum riskini azaltmaq üçün tələb olunur.

Polşa NATO-nu Varşavanın təhlükəsizlik təhdidi hesab etdiyi Rusiya ilə daha fəal qarşıdurmaya çağırıb.

Polşa hökuməti ölkənin təhlükəsizliyini gücləndirmək üçün ABŞ-dan 250 ədəd “M1A2 Abrams” tanklarının SEPv3 modifikasiyasını almağa qərar verib. NATO üzvü tankların alınması üçün 6 milyard dollar xərcləyəcək.

Müqaviləyə tanklarla yanaşı maddi-texniki və təlim paketi, infrasturuktur yenilənməsi və sursatlar daxildir. Sovet istehsalı T-72 və PT-91 tanklarını əvəz etmək üçün alınan “Abrams” tankının SEPv3 variantı 73,6 ton ağırlığındadır və saatda 67 kilometr sürətlə hərəkət edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Polşa   ABŞ   Abrams  


Polşa ABŞ tərəfindən satılan “Abrams” tanklarını ölkənin şərq sahillərində yerləşdirəcək

2021/09/10519-1632474062.jpg
Oxunub: 454     13:51     24 Sentyabr 2021    
Polşa ABŞ-dan alınan 250 ədəd “Abrams” əsas döyüş tankını ölkənin şərq sahillərində yerləşdirəcək.

Ordu.azxəbər verir ki, bu barədə Polşa Müdafiə naziri Mariuş Blezçek məlumat verib.

Nazirin sözlərinə görə, tanklar ölkəyə hücum riskini azaltmaq üçün tələb olunur.

Polşa NATO-nu Varşavanın təhlükəsizlik təhdidi hesab etdiyi Rusiya ilə daha fəal qarşıdurmaya çağırıb.

Polşa hökuməti ölkənin təhlükəsizliyini gücləndirmək üçün ABŞ-dan 250 ədəd “M1A2 Abrams” tanklarının SEPv3 modifikasiyasını almağa qərar verib. NATO üzvü tankların alınması üçün 6 milyard dollar xərcləyəcək.

Müqaviləyə tanklarla yanaşı maddi-texniki və təlim paketi, infrasturuktur yenilənməsi və sursatlar daxildir. Sovet istehsalı T-72 və PT-91 tanklarını əvəz etmək üçün alınan “Abrams” tankının SEPv3 variantı 73,6 ton ağırlığındadır və saatda 67 kilometr sürətlə hərəkət edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Polşa   ABŞ   Abrams  


Bizi "telegram"da izləyin