Rusiyada təlim uçuşu zamanı “Ka-27” helikopteri qəzaya uğrayıb

2021/09/5873c-1632459194.jpg
Oxunub: 409     11:41     24 Sentyabr 2021    
İtkin düşmüş Ka-27 helikopterinin qalıqları Kamçatkada Ostroy dağının yamacında tapılıb.

Rusiyanın Kamçatka yarımadasında rabitə əlaqəsinin kəsildiyi “Ka-27” helikopterinin qalıqları tapılıb.

Ordu.az xəbər verir ki, bu barədə Kamçatkada Aviasiya xidmətlərindən bildirilib.

Qəzaya uğramış helikopterin hissələri Elizovski dairəsinin Sosnovka kəndindən 5 km aralıda Ostroy dağının yamacında aşkarlanıb.

Hələlik ölən və ya yaralananlarla bağlı məlumat verilməyib.

İlkin məlumatlara görə, helikopter Rusiya FTB-yə məxsusdur,

***

Rusiyanın Kamçatka yarımadasında təlim uçuşu zamanı “Ka-27” helikopteri ilə əlaqə kəsilib.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya Təcili yardım xidmətinin nümayəndəsi RİA Novosti-yə bildirib.

“Helikopterin göyərtəsində 4 ekipaj üzvü olub. Ekipaj Kamçatka vaxtı ilə saat 5.30-da efirə çıxmalı idi. Lakin onlarla əlaqə saxlamaq mümkün olmayıb”, deyə xidmətin nümayəndəsi vurğulayıb.

Qeyd edək ki, 1970-ci illərdə SSRİ-də istehsal olunan “Ka-27” helikopterinnin təyinatı sualtı gəmilərə qarşı nəzərdə tutulub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ka-27   Qəza  


Rusiyada təlim uçuşu zamanı “Ka-27” helikopteri qəzaya uğrayıb

2021/09/5873c-1632459194.jpg
Oxunub: 410     11:41     24 Sentyabr 2021    
İtkin düşmüş Ka-27 helikopterinin qalıqları Kamçatkada Ostroy dağının yamacında tapılıb.

Rusiyanın Kamçatka yarımadasında rabitə əlaqəsinin kəsildiyi “Ka-27” helikopterinin qalıqları tapılıb.

Ordu.az xəbər verir ki, bu barədə Kamçatkada Aviasiya xidmətlərindən bildirilib.

Qəzaya uğramış helikopterin hissələri Elizovski dairəsinin Sosnovka kəndindən 5 km aralıda Ostroy dağının yamacında aşkarlanıb.

Hələlik ölən və ya yaralananlarla bağlı məlumat verilməyib.

İlkin məlumatlara görə, helikopter Rusiya FTB-yə məxsusdur,

***

Rusiyanın Kamçatka yarımadasında təlim uçuşu zamanı “Ka-27” helikopteri ilə əlaqə kəsilib.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya Təcili yardım xidmətinin nümayəndəsi RİA Novosti-yə bildirib.

“Helikopterin göyərtəsində 4 ekipaj üzvü olub. Ekipaj Kamçatka vaxtı ilə saat 5.30-da efirə çıxmalı idi. Lakin onlarla əlaqə saxlamaq mümkün olmayıb”, deyə xidmətin nümayəndəsi vurğulayıb.

Qeyd edək ki, 1970-ci illərdə SSRİ-də istehsal olunan “Ka-27” helikopterinnin təyinatı sualtı gəmilərə qarşı nəzərdə tutulub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ka-27   Qəza  


Bizi "telegram"da izləyin