UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin rəhbəri ANAMA-da olub

2021/09/ce0f1-1632403517.jpg
Oxunub: 562     17:22     23 Sentyabr 2021    
Sentyabrın 23-də Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin yeni təyin olunan rəhbəri Aleks Haykens ilə görüşüb.

Bu barədə Ordu.az-a ANAMA-dan məlumat verilib.

Görüş zamanı Vüqar Süleymanov yeni təyinatı ilə bağlı cənab Aleks Haykensi təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb. Daha sonra Agentliyin yaradılması, məqsəd və üzərinə düşən vəzifələri, qarşıya qoyulmuş prioritetləri, eləcə də işğaldan azad edilən ərazilərdə icra edilən minatəmizləmə əməliyyatlarının gedişatı barədə məlumat verib.

Mina və partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə proqramı çərçivəsində ANAMA ilə UNICEF-in bir neçə uğurlu layihələri haqda məlumat verən Vüqar Süleymanov mina riskinin azaldılması sahəsində göstərdikləri dəstəyə görə təşəkkürünü bildirib.

UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Aleks Haykens UNICEF ilə Agentliyin 20 ilə yaxın sıx əməkdaşlıq tarixçəsinin olduğunu qeyd edib. İşğaldan azad edilən ərazilərin yaxınlığında yaşayan ailə və uşaqlar arasında təhlükəsiz davranış qaydaları və məlumatlılığın artırılması məqsədilə minimum risklərə nail olmaq üçün ikitərəfli əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: UNICEF   ANAMA  

UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin rəhbəri ANAMA-da olub

2021/09/ce0f1-1632403517.jpg
Oxunub: 563     17:22     23 Sentyabr 2021    

Bizi "telegram"da izləyin