ABŞ və Fransa XİN başçıları görüşüb

2021/09/zxczx-1632399258.jpg
Oxunub: 451     16:11     23 Sentyabr 2021    
ABŞ-ın dövlət katibi Entoni Blinkenlə Fransanın xarici işlər naziri Jan-İv le Drianın görüş olub.

Ordu.az xəbər verir ki, məlumatı Fransanın Xarici İşlər Nazirliyi yayıb.

Bildirilib ki, sentyabrın 23-də Jan-İv le Drianla Entoni Blinkenin görüşü ABŞ Prezidenti Cozef Baydenlə Fransa Prezidenti Emannuel Makron arasında dünən keçirilən telefon danışığının dərinləşdirilməsinə xidmət edir.

Qeyd edək ki, Cozef Baydenlə Emmanuel Makron iki ölkə arasında məsləhətləşmənin dərinləşdirilməsi ilə bağlı razılığa gəliblər.

Xatırladaq ki, sentyabrın 16-da Avstraliya sualtı qayıqların tikintisi ilə bağlı Fransanın “Naval Goup” şirkəti ilə imzalanan müqaviləni ləğv edib.

Həmin sənədə əsasən, 12 sualtı qayığın inşasına dair Avstraliyanın Fransa ilə imzaladığı müqavilənin ləğvi də nəzərdə tutulur. Sənəd 2016-cı ildə imzalanıb və 50 milyard Avstraliya dolları dəyərindədir.

Fransanın xarici işlər naziri Jan-İv le Drian anlaşmaya münasibətində bildirib: “Həqiqətən kürəyimizdən vurulduq. Avstraliya ilə təhlükəsizlik əlaqəsi qurmuşduq və bu etibara xəyanət edildi”.

ABŞ, Böyük Britaniya və Avstraliya təhlükəsizlik sahəsində ortaq əməkdaşlığa dair “AUKUS” adlı yeni müqavilə imzalayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   Fransa  

ABŞ və Fransa XİN başçıları görüşüb

2021/09/zxczx-1632399258.jpg
Oxunub: 452     16:11     23 Sentyabr 2021    

Bizi "telegram"da izləyin