Ermənistanda aysorlar parlamentin qarşısında etiraz aksiyası keçiriblər

2021/09/timth-1632377745.jpg
Oxunub: 1953     11:14     23 Sentyabr 2021    
Ermənistandakı aysorlar parlament binası yaxınlığında Dimitrov kəndinin icmaların genişləndirilməsi prosesinə daxil edilməsinin əleyhinə etiraz aksiyası keçirib.

Ordu.az xəbər verir ki, onlar səlahiyyətliləri layihəyə yenidən baxmağa və ayrı bir icma olaraq 200 il əvvəl yaradılan kəndi ləğv etməməyə çağırıblar.

Dimitrov sakinlərinin fikrincə, bu, kənd sakinlərinin dil və mədəniyyətinin qorunmasına təhlükə yarada bilər.

Maraqlıdır ki, Ermənistan qanunvericiliyində icmaların genişlənməsi prosesinin milli azlıqların nümayəndələrinin kompakt yaşadığı kəndlərə təsir etməməsi nəzərdə tutulur. Buna baxmayaraq, indi kəndi Artaşat icmasına birləşdirmək istəyirlər.

Dimitrov icmasının rəhbəri İrina Sahradova-Qasparyanın sözlərinə görə, əvvəllər kəndin “genişləndirilməyə” daxil edilməyəcəyinə söz verilsə də, bu yaxınlarda parlamentdəki çıxışı zamanı Ərazi İdarəetmə və İnfrastruktur naziri Qnel Sanosyan deyib ki, aysorlar kənddə cəmi 14% təşkil edirlər.

“Kənd məktəbində yalnız bir aysor müəllim var. İndi Dimitrov Artaşat icmasının qırx kəndindən birinə çevrilsə, oradakı aysorlar haqqında kim düşünəcək?”, - deyə o qeyd edib və yeddi nəfərdən yalnız bir aysorun kənd idarəçiliyində olduğunu söyləyib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Aysorlar   Etiraz  


Ermənistanda aysorlar parlamentin qarşısında etiraz aksiyası keçiriblər

2021/09/timth-1632377745.jpg
Oxunub: 1954     11:14     23 Sentyabr 2021    
Ermənistandakı aysorlar parlament binası yaxınlığında Dimitrov kəndinin icmaların genişləndirilməsi prosesinə daxil edilməsinin əleyhinə etiraz aksiyası keçirib.

Ordu.az xəbər verir ki, onlar səlahiyyətliləri layihəyə yenidən baxmağa və ayrı bir icma olaraq 200 il əvvəl yaradılan kəndi ləğv etməməyə çağırıblar.

Dimitrov sakinlərinin fikrincə, bu, kənd sakinlərinin dil və mədəniyyətinin qorunmasına təhlükə yarada bilər.

Maraqlıdır ki, Ermənistan qanunvericiliyində icmaların genişlənməsi prosesinin milli azlıqların nümayəndələrinin kompakt yaşadığı kəndlərə təsir etməməsi nəzərdə tutulur. Buna baxmayaraq, indi kəndi Artaşat icmasına birləşdirmək istəyirlər.

Dimitrov icmasının rəhbəri İrina Sahradova-Qasparyanın sözlərinə görə, əvvəllər kəndin “genişləndirilməyə” daxil edilməyəcəyinə söz verilsə də, bu yaxınlarda parlamentdəki çıxışı zamanı Ərazi İdarəetmə və İnfrastruktur naziri Qnel Sanosyan deyib ki, aysorlar kənddə cəmi 14% təşkil edirlər.

“Kənd məktəbində yalnız bir aysor müəllim var. İndi Dimitrov Artaşat icmasının qırx kəndindən birinə çevrilsə, oradakı aysorlar haqqında kim düşünəcək?”, - deyə o qeyd edib və yeddi nəfərdən yalnız bir aysorun kənd idarəçiliyində olduğunu söyləyib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Aysorlar   Etiraz  


Bizi "telegram"da izləyin