Rusiyalı ekspert: “Qarabağ müharibəsi Rusiyanın bölgədəki nüfuzuna zərbə endirib”

2021/09/unnam-1630489282.jpg
Oxunub: 1668     14:24     23 Sentyabr 2021    
“Rus sülhməramlılarının Qarabağa daxil olması Rusiyanın özündə birmənalı olaraq qəbul edilib”.

Ordu.az xəbər verir ki, bu barədə İrəvan Dövlət Universitetində Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun aparıcı elmi işçisi, Siyasi Proseslərin Təhlili Laboratoriyasının direktoru Nikolay Silayev “Rusiya Cənubi Qafqazda: Müasir Ermənistan-Rusiya Strateji İttifaqı üçün təhdidlər və çətinliklər” mövzusu üzrə danışarkən bildirib.

Ekspertin sözlərinə görə, o zaman iki ziddiyyətli fikir ortaya çıxmışdı.

“Çoxları Rusiyanın sülhməramlı kimi çıxış edə biləcəyini və Qarabağdakı düşmənçiliyi dayandıra biləcəyini düşünürdü, amma bu baş vermədi və əslində bölgədəki öz varlığını artırdı və gücləndirdi. Həmçinin, Rusiya diplomatiyasının uğuru və Rusiyanın Cənubi Qafqazdakı hərbi-siyasi statusunun növbəti təsdiqi olduğuna dair bir fikir də var.

Bu nəzəriyyənin əleyhdarları hesab edirlər ki, Rusiya xarici siyasətdə ciddi məğlubiyyətə uğradı. Bu da öz növbəsində Türkiyənin bölgədə yeni nüfuz və status qazanmasına gətirib çıxarıb, lazım olduğu yerlərdə güc tətbiq etmək əzmini və istəyini nümayiş etdirib. Bu, Rusiyanın təsirini əhəmiyyətli dərəcədə zəiflətdi, çünki yalnız Rusiyanın müttəfiqi müharibədə məğlub oldu”, - deyə rus ekspert qeyd edib.

Silayevin özü də son düşüncənin tərəfdarıdır. Ekspertə görə, Kremlin xəbəri olmadan Qafqazda hansısa topun atəş aça bilməyəcəyi nəzəriyyəsi Qarabağ məsələsində uğursuz olub.

O hesab edir ki, hərbi əməliyyatlar zamanı Moskva bir neçə dəfə Bakı və İrəvana hərbi əməliyyatları dayandırmaq üçün müraciət etsə də, onun bütün çağırışları əslində nəzərə alınmayıb. Beynəlxalq ekspertin fikrincə, bu, Rusiyanın Cənubi Qafqazda dominant regional güc kimi nüfuzuna ciddi zərbə vurub.

Ekspertə görə, ötən il noyabrın 9-dan sonra Rusiya, əslində, seçkidə uduzub: “Rus sülhməramlılara bir şey olarsa, bu, Rusiyanın xarici siyasi statusuna ciddi zərbə olacaq. Rusiya üçün Ermənistanın məğlubiyyətinin qiyməti indi onun Qarabağ münaqişəsində birbaşa iştirak etməsidir”.

Onun sözlərinə görə, İrəvanla Bakı arasında vasitəçi rolunu saxlamaq Rusiya üçün prinsipial əhəmiyyət kəsb edir.

“Bakı ilə münasibətlər Moskva üçün yalnız Qarabağ kontekstində deyil, həm də Xəzər regionunda, eləcə də bir çox iqtisadi əlaqələrdə vacibdir. Bu səbəbdən Rusiya Ermənistanla Azərbaycan arasında seçim etməli olduğu vəziyyətdən qaçacaq. Bu İrəvana, Bakıya və Ankaraya yaxşı məlumdur” - deyə Silayev əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Rusiya   Qarabağ  

Rusiyalı ekspert: “Qarabağ müharibəsi Rusiyanın bölgədəki nüfuzuna zərbə endirib”

2021/09/unnam-1630489282.jpg
Oxunub: 1669     14:24     23 Sentyabr 2021    

Bizi "telegram"da izləyin