Kipr ordusunun modernləşdirilməsi üçün yeni silahlanma proqramı elan edib

2021/09/nora5-1632375110.jpg
Oxunub: 589     15:30     23 Sentyabr 2021    
Kipr Respublikası (Cənubi Kipr) silahlanma proqramı ilə köhnə silah və hərbi texnika parkını modernləşdirmək niyyətindədir.

Ordu.az xəbər verir ki, bu barədə ölkənin “Sigma” nəşri yazıb.

Proqram çərçivəsində Kipr köhnə Hava Hücumundan Müdafiə (HHM) sistemlərini qismən yenilənməyi və Fransadan yeni nəsil “Mistral” HHM sistemləri almağı planlaşdırır. “Mistral” sistemi 8 kilometr məsafəyə malikdir və 21.000 futa qədər təsirlidir. MBDA şirkəti tərəfindən hazırlanmış sistem təxminən 20 kiloqram ağırlığında, uzunluğu 1,86 metr, diametri 90 metr, “atdım-unutdum” rejimi ilə işləyən raketlərə malikdir.

Məlumata görə, Kipr Serbiyadan 40 kilometr mənzilə malik Yaylım Atəşli Reaktiv Sistem (YARS) və 155 mm çaplı özüyeriyən artilleriya qurğuları almaq niyyətindədir.

Nəşr qeyd edir ki, Kipr hökuməti müasir hücum helikopterləri əldə etmək üçün tender elan edəcək. İndiyə qədər Fransa və İtaliya şirkətləri tenderlərdə iştirak ediblər. Helikopterlərin Avropadan, raketlərin isə İsraildən alınacağı gözlənilir.

Bundan başqa, Fransa ilə 180 km mənzilə malik “Exocet” raketlərinin tədarükü haqqında müqavilə imzalanıb. Raketlərin 2023-cü ilə qədər təhvil verilməsi və istismar edilməsi gözlənilir. MBDA tərəfindən hazırlanmış “Exocet” dəqiq zərbə endirə bilən gəmi əleyhinə raketdir.

Eyni zamanda, Kipr ordusunun arsenalında olan Rusiya istehsalı T-80 tanklarının təmiri planlaşdırılır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Kipr-Respublikası   HHM  

Kipr ordusunun modernləşdirilməsi üçün yeni silahlanma proqramı elan edib

2021/09/nora5-1632375110.jpg
Oxunub: 590     15:30     23 Sentyabr 2021    

Bizi "telegram"da izləyin