ABŞ-da MQ-25 “Stingray” yanacaqdoldurma PUA-larının kütləvi istehsalı üçün zavod yaradılır

2021/09/Boein-1632375012.jpg
Oxunub: 686     20:28     23 Sentyabr 2021    
ABŞ-ın “Boeing” şirkəti MQ-25 “Stingray” yanacaqdoldurma qabiliyyətinə malik Pilotsuz Uçuş Aparatlarının (PUA) kütləvi istehsal prosesi üçün yeni zavod inşa edəcək.

Ordu.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Şirkət bildirir ki, zavod 2024-cü ildə ilk PUA-ların istehsalına başlayacaq.

Yeni zavod təxminən 30 min kvadratmetrlik bir sahəni tutacaq. İstehsal ediləcək PUA-ların sayı hələlik açıqlanmır və zavodda digər sistemlərin istehsal olunub-olunmayacağı məlum deyil.

Hal-hazırda MQ-25 “Stingray” PUA-larının testləri davam edir. PUA bu günə qədər F/A-18 “Hornet” qırıcısına, E-2D uzaq mənzilli radar təyyarəsinə və F-35C qırıcısına havada yanacaq doldurub.

Şirkətin məlumatına görə, MQ-25 “Stingray” PUA-larının sınaqları daha bir neçə ay davam edəcək, bu müddət ərzində müxtəlif rejimlərdə sınaqdan keçiriləcək.

Ümumilikdə, ABŞ Hərbi Dəniz Qüvvələri təxminən 13 milyard dollar ayıraraq 72 ədəd “Stingray” PUA-sı almağı planlaşdırır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   MQ-25   Stingray  


ABŞ-da MQ-25 “Stingray” yanacaqdoldurma PUA-larının kütləvi istehsalı üçün zavod yaradılır

2021/09/Boein-1632375012.jpg
Oxunub: 687     20:28     23 Sentyabr 2021    
ABŞ-ın “Boeing” şirkəti MQ-25 “Stingray” yanacaqdoldurma qabiliyyətinə malik Pilotsuz Uçuş Aparatlarının (PUA) kütləvi istehsal prosesi üçün yeni zavod inşa edəcək.

Ordu.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Şirkət bildirir ki, zavod 2024-cü ildə ilk PUA-ların istehsalına başlayacaq.

Yeni zavod təxminən 30 min kvadratmetrlik bir sahəni tutacaq. İstehsal ediləcək PUA-ların sayı hələlik açıqlanmır və zavodda digər sistemlərin istehsal olunub-olunmayacağı məlum deyil.

Hal-hazırda MQ-25 “Stingray” PUA-larının testləri davam edir. PUA bu günə qədər F/A-18 “Hornet” qırıcısına, E-2D uzaq mənzilli radar təyyarəsinə və F-35C qırıcısına havada yanacaq doldurub.

Şirkətin məlumatına görə, MQ-25 “Stingray” PUA-larının sınaqları daha bir neçə ay davam edəcək, bu müddət ərzində müxtəlif rejimlərdə sınaqdan keçiriləcək.

Ümumilikdə, ABŞ Hərbi Dəniz Qüvvələri təxminən 13 milyard dollar ayıraraq 72 ədəd “Stingray” PUA-sı almağı planlaşdırır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   MQ-25   Stingray  


Bizi "telegram"da izləyin