Erməni ekspert: “Türkiyə tərəfi Ermənistanın de-fakto hökumətini növbəti dəfə alçaldır”

2021/09/3444-1630763863.jpg
Oxunub: 502     12:32     23 Sentyabr 2021    
“Ermənistanın kapitulyant Baş naziri Nikol Paşinyan və Ərdoğanın uzaqdan dialoqu mövcud gizli danışıqlardan yeni detallar aşkara çıxmaqla davam edir”.

Ordu.az xəbər verir ki, bu barədə erməni ekspert, Varujan Geğamyan öz “Teleqram” kanalında Ərdoğanın Paşinyanın onunla görüşmək istədiyini bildirməsinə cavab olaraq yazıb.

O qeyd edib ki, Paşinyan Gürcüstan vasitəsilə Türkiyə ilə əlaqə saxlamağa cəhd edib.

“Ermənistan qarşısında Türkiyənin qoyduğu əsas ön şərt, Zəngəzur vasitəsilə “Türk dəhlizi”nin təmin edilməsidir ki, bunsuz Türkiyə Ermənistanla əlaqələr qurmaq niyyətində deyil. Ərdoğanın sözlərindən Ermənistanın faktiki olaraq türkpərəst hökumət başçısının Türkiyənin ilkin şərtlərinin yerinə yetirilməsi məsələsində “müsbət” siqnallar göndərdiyini güman etmək olar.

Yeri gəlmişkən, Türkiyə tərəfi Ermənistanın de-fakto hökumətini bir daha alçaldır, Paşinyana hörmətsiz tərzdə müraciət edir.

Üzr istəyirəm, amma növbəti proqnozum gerçəkləşir. Ermənistanın türkləşməsi sürətlə davam edir. Ermənistanın faktiki olaraq türkpərəst rəhbəri bizi Zəngəzurdan asılı olmadan son dövlətçilik qalasından məhrum edir”, - deyə erməni ekspert bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Ermənistan  


Erməni ekspert: “Türkiyə tərəfi Ermənistanın de-fakto hökumətini növbəti dəfə alçaldır”

2021/09/3444-1630763863.jpg
Oxunub: 503     12:32     23 Sentyabr 2021    
“Ermənistanın kapitulyant Baş naziri Nikol Paşinyan və Ərdoğanın uzaqdan dialoqu mövcud gizli danışıqlardan yeni detallar aşkara çıxmaqla davam edir”.

Ordu.az xəbər verir ki, bu barədə erməni ekspert, Varujan Geğamyan öz “Teleqram” kanalında Ərdoğanın Paşinyanın onunla görüşmək istədiyini bildirməsinə cavab olaraq yazıb.

O qeyd edib ki, Paşinyan Gürcüstan vasitəsilə Türkiyə ilə əlaqə saxlamağa cəhd edib.

“Ermənistan qarşısında Türkiyənin qoyduğu əsas ön şərt, Zəngəzur vasitəsilə “Türk dəhlizi”nin təmin edilməsidir ki, bunsuz Türkiyə Ermənistanla əlaqələr qurmaq niyyətində deyil. Ərdoğanın sözlərindən Ermənistanın faktiki olaraq türkpərəst hökumət başçısının Türkiyənin ilkin şərtlərinin yerinə yetirilməsi məsələsində “müsbət” siqnallar göndərdiyini güman etmək olar.

Yeri gəlmişkən, Türkiyə tərəfi Ermənistanın de-fakto hökumətini bir daha alçaldır, Paşinyana hörmətsiz tərzdə müraciət edir.

Üzr istəyirəm, amma növbəti proqnozum gerçəkləşir. Ermənistanın türkləşməsi sürətlə davam edir. Ermənistanın faktiki olaraq türkpərəst rəhbəri bizi Zəngəzurdan asılı olmadan son dövlətçilik qalasından məhrum edir”, - deyə erməni ekspert bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Ermənistan  


Bizi "telegram"da izləyin