Xaçmaz RİH başçısı şəhid məzarlarını ziyarət edib - FOTOLAR

2021/09/xachm-4896666483.jpg
Oxunub: 1433     13:32     21 Sentyabr 2021    
Xaçmaz rayon İcra Hakimiyyətinin (RİH) başçısı Elnur Rzayev şəhid ailələri ilə görüşlərini davam etdirir.

RİH-dən Ordu.az-a verilən məlumata görə,Rayon rəhbərliyi bu dəfə Canaxır, Qaradağlı, Hülövlü, Çarxı və Məmmədxanlı kəndlərindən olan şəhidləri yad edib. Şəhidlərin məzarları önünə tər qərənfillər düzülüb, ruhlarına dualar oxunub.

Şəhid ailələri ilə görüşlərdə Elnur Rzayev qeyd edib ki, 2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsində Xaçmaz rayonunun igid oğulları da qəhrəmancasına vuruşaraq, düşünmədən ölümün gözünə dik baxdılar. Torpaqlarımızın ərazi bütövlüyü uğrunda, doğma Qarabağımızın yağı düşməndən azad olunması üçün mənfur düşmənin üzərinə yeridilər. Vətənin müdafiəsi uğrunda canından, qanından keçən belə qəhrəmanlarımız yaddaşlarda əbədi yaşayırlar.

İcra başçısı bildirib ki, şəhidlik zirvəsinə ucalan hər bir igidimizin əməyi dövlət tərəfindən yüksək qiymətləndirilib. Onlar göstərdikləri şücaətə görə orden və medallarla təltif olunublar. Xaçmaz rayonunda şəhidlərin adının əbədiləşdirilməsi üçün müxtəlif küçələrə qəhrəman oğulların adı verilir.

Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto

Teqlər:

Xaçmaz RİH başçısı şəhid məzarlarını ziyarət edib - FOTOLAR

2021/09/xachm-4896666483.jpg
Oxunub: 1434     13:32     21 Sentyabr 2021    

Bizi "telegram"da izləyin