Qəbələdə şəhid Fariz Rəhimovun xatirəsi anılıb - FOTOLAR

2021/09/16321-6528544472.jpg
Oxunub: 644     15:07     20 Sentyabr 2021    
Torpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarının əziz xatirəsi Qəbələ rayonunda daim ehtiramla anılır. Vətən müharibəsində canından, qanından keçərək şəhid olmuş Qəbələnin igid oğullarından biri də rayonun Əmirvan kəndindən olan Fariz Rəhimovdur.

Qəbələ Rayon İcra Hakimiyyətindən Ordu.az-a bildirilib ki, şəhidin doğum günü ilə əlaqədar sentyabrın 20-də icra hakimiyyətinin, rayon təhsil şöbəsinin əməkdaşları, şəhidin təhsil aldığı məktəbin kollektivi, döyüş yoldaşları və ailə üzvləri Fariz Rəhimovun məzarını ziyarət ediblər.


Anım tədbirində 44 gün davam edən Vətən müharibəsində qazanılan tarixi Qələbədən, həyatının 20-ci ilində əbədiyyətə qovuşan Fariz Rəhimovun keçdiyi şərəfli döyüş yolundan, qəhrəmanlığından söz açılıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin qəlblərdə əbədi yaşayacağı, heç zaman yaddaşlardan silinməyəcəyi vurğulanıb.



Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Vətən-müharibəsi   Şəhid  


Qəbələdə şəhid Fariz Rəhimovun xatirəsi anılıb - FOTOLAR

2021/09/16321-6528544472.jpg
Oxunub: 645     15:07     20 Sentyabr 2021    
Torpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarının əziz xatirəsi Qəbələ rayonunda daim ehtiramla anılır. Vətən müharibəsində canından, qanından keçərək şəhid olmuş Qəbələnin igid oğullarından biri də rayonun Əmirvan kəndindən olan Fariz Rəhimovdur.

Qəbələ Rayon İcra Hakimiyyətindən Ordu.az-a bildirilib ki, şəhidin doğum günü ilə əlaqədar sentyabrın 20-də icra hakimiyyətinin, rayon təhsil şöbəsinin əməkdaşları, şəhidin təhsil aldığı məktəbin kollektivi, döyüş yoldaşları və ailə üzvləri Fariz Rəhimovun məzarını ziyarət ediblər.


Anım tədbirində 44 gün davam edən Vətən müharibəsində qazanılan tarixi Qələbədən, həyatının 20-ci ilində əbədiyyətə qovuşan Fariz Rəhimovun keçdiyi şərəfli döyüş yolundan, qəhrəmanlığından söz açılıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin qəlblərdə əbədi yaşayacağı, heç zaman yaddaşlardan silinməyəcəyi vurğulanıb.



Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Vətən-müharibəsi   Şəhid  


Bizi "telegram"da izləyin