Türkiyədə Milli Qəhrəman Şirin Mirzəyevin adını daşıyan park salınıb

2021/09/81a81-1632135413.jpg
Oxunub: 1065     14:31     20 Sentyabr 2021    
Sabah Türkiyənin Bursa şəhərində Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik-leytenant Şirin Mirzəyevin adını daşıyan parkın açılışı olacaq.

Bunu Ordu.az-a Diasporla İş üzrə Dövlət Komitəsinin Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri Vəsilə Vahidqızı deyib.

Onun sözlərinə görə, tədbirdə Milli Qəhrəmanın həyat yoldaşı, keçmiş deputat Flora Qasımova, Bursa bələdiyyəsinin nümayəndələri və digər rəsmi şəxslər iştirak edəcəklər.

Qeyd edək ki, Ş.Mirzəyev 1947-ci il yanvarın 5-də Xankəndində anadan olub. O, 1992-ci ilin iyunun 18-də Ağdam rayonun Sırxavənd istiqamətində gedən döyüş əməliyyatı zamanı minaya düşərək həlak olub. 1994-cü ildə "Azərbaycanın Milli Qəhrəmanı" adı ilə təltif edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şirin-Mirzəyev   Türkiyə  


Türkiyədə Milli Qəhrəman Şirin Mirzəyevin adını daşıyan park salınıb

2021/09/81a81-1632135413.jpg
Oxunub: 1066     14:31     20 Sentyabr 2021    
Sabah Türkiyənin Bursa şəhərində Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik-leytenant Şirin Mirzəyevin adını daşıyan parkın açılışı olacaq.

Bunu Ordu.az-a Diasporla İş üzrə Dövlət Komitəsinin Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri Vəsilə Vahidqızı deyib.

Onun sözlərinə görə, tədbirdə Milli Qəhrəmanın həyat yoldaşı, keçmiş deputat Flora Qasımova, Bursa bələdiyyəsinin nümayəndələri və digər rəsmi şəxslər iştirak edəcəklər.

Qeyd edək ki, Ş.Mirzəyev 1947-ci il yanvarın 5-də Xankəndində anadan olub. O, 1992-ci ilin iyunun 18-də Ağdam rayonun Sırxavənd istiqamətində gedən döyüş əməliyyatı zamanı minaya düşərək həlak olub. 1994-cü ildə "Azərbaycanın Milli Qəhrəmanı" adı ilə təltif edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şirin-Mirzəyev   Türkiyə  


Bizi "telegram"da izləyin