Gürcüstan Baş naziri: “Azərbaycanlılar bizim qardaşımızdır”

2021/09/b8c2d-1632134585.jpg
Oxunub: 718     15:41     20 Sentyabr 2021    
“Azərbaycan və azərbaycanlılar bizim üçün sadəcə qonşu deyil, bizim gözəl dostluq və qardaşlıq münasibətlərimiz var”.

Ordu.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Gürcüstanın Marneuli rayonunun Qızılhacılı kəndində SOCAR-ın dəstəyi ilə inşa edilmiş idman kompleksinin açılış mərasimində deyib.

Baş nazir deyib ki, birgə proqramlar iki ölkə arasında əməkdaşlığın səviyyəsini göstərir.

“Azərbaycanlı qardaşlarımız və Azərbaycan dövləti bizim üçün sadəcə qonşu deyil. Mən həmişə deyirəm ki, Azərbaycan dövləti və azərbaycanlılar bizim qardaşımızdır, bizim gözəl münasibətlərimiz var”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Gürcüstan  


Gürcüstan Baş naziri: “Azərbaycanlılar bizim qardaşımızdır”

2021/09/b8c2d-1632134585.jpg
Oxunub: 719     15:41     20 Sentyabr 2021    
“Azərbaycan və azərbaycanlılar bizim üçün sadəcə qonşu deyil, bizim gözəl dostluq və qardaşlıq münasibətlərimiz var”.

Ordu.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Gürcüstanın Marneuli rayonunun Qızılhacılı kəndində SOCAR-ın dəstəyi ilə inşa edilmiş idman kompleksinin açılış mərasimində deyib.

Baş nazir deyib ki, birgə proqramlar iki ölkə arasında əməkdaşlığın səviyyəsini göstərir.

“Azərbaycanlı qardaşlarımız və Azərbaycan dövləti bizim üçün sadəcə qonşu deyil. Mən həmişə deyirəm ki, Azərbaycan dövləti və azərbaycanlılar bizim qardaşımızdır, bizim gözəl münasibətlərimiz var”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Gürcüstan  


Bizi "telegram"da izləyin