ABŞ-Fransa qarşıdurması Avrasiya mühitinə ciddi təsir edəcək - Ermənistan təşvişdə

2021/08/macro-1629435392.jpg
Oxunub: 1568     15:38     21 Sentyabr 2021    
Fransa ABŞ, Böyük Britaniya, Avstraliya üçlü ittifaqı ilə bağlı narazılığını bildirib. Bu üçlü ittifaqın yaradıldığını üç ölkə sentyabrın 15-də elan edib.

Məlum olduğu kimi, söhbət məqsədi Hind-Sakit okean bölgəsində təhlükəsizliyə hakim olmaq və bununla da Çinin təsirini cilovlamaq olan olduqca böyük regional əhəmiyyətə malik yeni bir təhlükəsizlik vahidindən gedir. Bu məqsədlə ABŞ və Böyük Britaniya nüvə sualtı qayığının hazırlanması məsələsində Avstraliyaya kömək edəcək.

Məsələ burasındadır ki, üçlü alyansın formalaşdırılması təşəbbüsündən və onun elan edilməsindən sonra Avstraliya Fransa ilə sualtı qayıq alqı-satqısı müqaviləsini ləğv edib ki, bu da Parisin narazılığının əsasını təşkil edir. Lakin geniş mənada mümkündür ki, üçlüyün Fransanı da əməkdaşlığa dəvət etməməsi narazılığın səbəbidir.

Narazılığın əməkdaşlığa səbəb olacağı perspektivi var, yoxsa əksinə narazılıq münasibətlərin böhranını dərinləşdirəcək və bu, başqa istiqamətlərə də təsir edəcək? Bu məsələ Ermənistan üçün bəlkə də birbaşa əhəmiyyətə malikdir, lakin ümumiyyətlə üçlüyün yeni birləşmə təşəbbüsü geniş mənada uzaqda görünən Ermənistan üçün də diqqətə layiqdir, çünki bu, bütün beynəlxalq təhlükəsizlik sisteminə, eləcə də Ermənistan üçün birbaşa olaraq Avrasiya mühitinə qaçılmaz şəkildə təsir edəcək.

Bununla belə burada “köynəyimizə daha yaxın” məsələ, yəni Minsk qrupunun həmsədrliyi formatı və bunda ABŞ-la Fransanın varlığı var. Üçlü alyans təşəbbüsü Paris-Vaşinqton münasibətinin müəyyən dərəcədə gərginliyinə və ya böhranlı inkişafına gətirib çıxaracqsa, bu, Minsk qrupunun həmsədrliyi formatında iki ölkənin işində problemlərə səbəb ola bilər. Bu isə Ermənistanın marağı baxımından tamamilə arzuolunan vəziyyət deyil.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Minsk-qrupu   Ermənistan  

ABŞ-Fransa qarşıdurması Avrasiya mühitinə ciddi təsir edəcək - Ermənistan təşvişdə

2021/08/macro-1629435392.jpg
Oxunub: 1569     15:38     21 Sentyabr 2021    

Bizi "telegram"da izləyin