Fransalı həmsədrin Ermənistana təcili səfəri nəyə hesablanmışdı? – BAXIŞ BUCAĞI

2021/09/00-52-1632132487.jpg
Oxunub: 907     12:00     21 Sentyabr 2021    
Sentyabrın 13-də Ermənistanın Baş naziri Nikol Paşinyan ATƏT-in Minsk qrupunun fransalı həmsədri Stefan Viskontini qəbul etmişdi, onunla Qarabağ məsələsi ətrafında yaranmış vəziyyəti və ATƏT-in Minsk qrupunun iş perspektivlərini müzakirə etmişdi.

Stefan Viskonti Ermənistan Xarici İşlər naziri Ararat Mirzoyanla da görüş keçirib, eyni gündəmi müzakirə edib. Fransalı həmsədrin səfəri özlüyündə maraqlıdır, lakin bunun rusiyalı yeni həmsədr İqor Xovayevin Bakı və İrəvana səfər etməsindən sonra baş verməsi fonunda xüsusilə diqqətəlayiqdir.

Rusiyalı həmsədr avqustun 30-da Bakıda olub və Xarici İşlər naziri Ceyhun Bayramovla görüşüb, sentyabrın 6-da da İrəvanda görüşlər keçirib. Üstəlik, rusiyalı həmsədr İrəvanda qondarma qurumun “rəhbəri” Arayik Harutyunyanla da görüşmüşdü. Fransalı həmsədr hansı məqsədlə səfər edib və məgər o da Bakıya getməyə, eləcə də Harutyunyanla görüş keçirməyə hazırlaşır? Xatırladaq ki, ötən ilin dekabr ayında Harutyunyanla fransalı və amerikalı həmsədrin görüşü baş tutmamışdı.

Səfər və müzakirələrin çərçivəsində hansı gündəm var, niyə fərdi səfərlər baş verir və məgər tezliklə amerikalı həmsədri gözləmək lazımdır?

Rusiyalı həmsədr Xovayevin regional səfəri çərçivəsində İrəvanda həmsədrlərin regional səfəri haqqında danışılmışdı. Bu danışığa görə, həmsədrlərin sözügedən regional səfəri yaxın gələcəkdə gözlənilir.

Eyni zamanda, dəfələrlə qeyd etdiyimiz kimi, Minsk qrupunun həmsədrliyi formatı yalnız de-yure Qarabağ məsələsindən daha geniş məsələlərin nəzərdən keçirilməsinin de-fakto formatıdır. Üstəlik də Qarabağ məsələsi özlüyündə daha geniş geosiyasi amildir. Bu kontekstdə fransalı həmsədrin İrəvan səfəri təkcə rusiyalı həmsədrin səfərindən sonra səfər etmək halı ilə yox, həmçinin İranın yük daşımaları üçün dövlətlərarası yolda yaranmış vəziyyət fonunda diqqətəlayiqdir.

Bu mənada fransalı həmsədrin səfəri bəlkə də sentyabrın 6-da Fransa Prezidenti Makron və İran Prezidenti Rəisi arasında baş tutmuş telefon danışığı fonunda Fransa-İran münasibətlərində yeni səhifə açmağa hər iki tərəfin hazır olması ilə bağlı danışıqlara diqqət etmək lazımdır.

Bu mənada maraqlıdır ki, fransalı həmsədrin Ermənistana səfəri planlaşdırmışdı, yoxsa bu, yaranmış vəziyyətə təcili reaksiya məntiqində səfərdir?

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Fransa   Ermənistan  

Fransalı həmsədrin Ermənistana təcili səfəri nəyə hesablanmışdı? – BAXIŞ BUCAĞI

2021/09/00-52-1632132487.jpg
Oxunub: 908     12:00     21 Sentyabr 2021    

Bizi "telegram"da izləyin