Şimali Koreya nüvə bombası istehsal imkanlarını genişləndirir

2021/09/10600-1632119756.jpg
Oxunub: 555     20:35     20 Sentyabr 2021    
Şimali Koreya Yonqbio nüvə kompleksinin imkanlarını genişləndirir.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ-ın “Maxar” şirkəti tərəfindən yayımlanan peyk görüntülərinə əsaslanaraq Kaliforniyada yerləşən Monterey Universitetində Midlböri Beynəlxalq Araşdırmalar İnstitutu məlumat yayıb.

Qeyd olunur ki, kompleksin genişləndirilməsi Şimali Koreyanın nüvə bombası istehsalını 25% artıracaq.

Peyk görüntülərində nüvə kompleksinin ərazisinin ən azı 1000 kvadrat metr artırıldığı görünür. Yeni məkanda ən azı 1000 əlavə santrafüqa yerləşdirilə bilər.

İki mənbə CNN-ə ABŞ rəsmilərinin Yonqbionun mümkün genişlənməsindən xəbərdar olduğunu bildirib və bunun nüvə bombası istehsal imkanlarını genişləndirmək üçün çalışdığını ifadə edə biləcəyini qəbul edib.

Midlböri İnstitutu Yonqion zavodunu və ümumiyyətlə Şimali Koreyanın nüvə və raketlə əlaqəli fəaliyyətlərini müntəzəm olaraq izləyir.

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) Koreya Xalq Demokratik Respublikasının (KXDR) arsenalında 50-yə qədər nüvə başlığı olduğunu təxmin edir. Ölkənin ABŞ-ın kontinental nöqtəsi də daxil olmaqla dünyanın demək olar ki, hər yerinə zərbələr endirə bilən bir sıra orta, uzun və ultra uzaq mənzilli raketləri var.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Şimali-Koreya   Yonqbio  

Şimali Koreya nüvə bombası istehsal imkanlarını genişləndirir

2021/09/10600-1632119756.jpg
Oxunub: 556     20:35     20 Sentyabr 2021    

Bizi "telegram"da izləyin