İsrail hərbi gəmilərinə “Barak MX” HHM sistemləri quraşdırıb

2021/09/Saar--1632119354.jpg
Oxunub: 483     15:27     20 Sentyabr 2021    
İsrailin “İsrail Aerokosmik Sənayesi” (IAI) şirkəti ölkənin Hərbi Dəniz Qüvvələrinin yeni “Sa'ar 6” sinif korvetlərinə “Barak MX” Hava Hücumundan Müdafiə (HHM) sistemlərini inteqrasiya edib.

vOrdu.az xəbər verir ki, bu barədə şirkətin saytında məlumat yayılıb.

Şirkət bildirir ki, HHM sistemləri korvetləri İsrailin müstəsna iqtisadi zonasını və dəniz sahəsindəki müxtəlif təhdidlərlə üzləşən strateji obyektlərini qorumaq üçün istifadə ediləcək qabaqcıl müdafiə ilə təmin edəcək.

Dünyanın ən qabaqcıl operativ HHM sistemlərindən biri olan “Barak MX” HHM sistemi Hindistan Ordusu, Donanması və Hərbi Hava Qüvvələri tərəfindən istifadə olunur. Sistem həm qurudan, həm də havadan və dənizdən gələn bir sıra təhdidlərə qarşı müdafiəni təmin edir. Bir neçə əsas qabaqcıl sistemdən ibarətdir: rəqəmsal radar, silah idarəetmə sistemi, buraxılış qurğuları və s. Şirkətdən verilən məlumata görə, “Barak” HHM sistemləri ailəsinin üzvlərinin mənzili 35 km, 70 km və 150 km-dir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Barak-MX   HHM  


İsrail hərbi gəmilərinə “Barak MX” HHM sistemləri quraşdırıb

2021/09/Saar--1632119354.jpg
Oxunub: 484     15:27     20 Sentyabr 2021    
İsrailin “İsrail Aerokosmik Sənayesi” (IAI) şirkəti ölkənin Hərbi Dəniz Qüvvələrinin yeni “Sa'ar 6” sinif korvetlərinə “Barak MX” Hava Hücumundan Müdafiə (HHM) sistemlərini inteqrasiya edib.

vOrdu.az xəbər verir ki, bu barədə şirkətin saytında məlumat yayılıb.

Şirkət bildirir ki, HHM sistemləri korvetləri İsrailin müstəsna iqtisadi zonasını və dəniz sahəsindəki müxtəlif təhdidlərlə üzləşən strateji obyektlərini qorumaq üçün istifadə ediləcək qabaqcıl müdafiə ilə təmin edəcək.

Dünyanın ən qabaqcıl operativ HHM sistemlərindən biri olan “Barak MX” HHM sistemi Hindistan Ordusu, Donanması və Hərbi Hava Qüvvələri tərəfindən istifadə olunur. Sistem həm qurudan, həm də havadan və dənizdən gələn bir sıra təhdidlərə qarşı müdafiəni təmin edir. Bir neçə əsas qabaqcıl sistemdən ibarətdir: rəqəmsal radar, silah idarəetmə sistemi, buraxılış qurğuları və s. Şirkətdən verilən məlumata görə, “Barak” HHM sistemləri ailəsinin üzvlərinin mənzili 35 km, 70 km və 150 km-dir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Barak-MX   HHM  


Bizi "telegram"da izləyin