Qazi və şəhid ailələri üçün “Məşğulluq marafonu”na qoşulan işəgötürənlərin sayı 500-ü keçib

2021/09/xezer-1631948026.jpg
Oxunub: 415     10:37     18 Sentyabr 2021    
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən başladılan “Məşğulluq marafonu”nda iştirak edənlər işəgötürənlərin sayı artaraq 507-ə çatıb.

Nazirlikdən Ordu.az-a verilən məlumata görə, onların 265-i dövlət, 242-si özəl müəssisələrdir.

Vətən müharibəsində yaralanmış qazilərimizin və şəhid ailəsi üzvlərinin məşğulluğuna dəstək məqsədi daşıyan marafona işəgötürənlər tərəfindən artıq 2489 vakansiya təqdim edilib.

Vakansiyalar üzrə verilən göndərişlər əsasında artıq 715 nəfər (o cümlədən 118 şəhid ailəsi üzvü və 597 qazi) işlə təmin olunub. Hazırda da bu kateqoriyalardan olanlara vakansiyalar üzrə göndərişlərin verilməsi davam edir.

“Məşğulluq marafonu”na qoşulmaq istəyən işəgötürənlər vakansiyaları barədə, işlə təmin olunmaq istəyən şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qəhrəmanlarımız isə özləri haqqında məlumatları https://dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olmaqla qeyd edə bilərlər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Məşğulluq-marafonu  


Qazi və şəhid ailələri üçün “Məşğulluq marafonu”na qoşulan işəgötürənlərin sayı 500-ü keçib

2021/09/xezer-1631948026.jpg
Oxunub: 416     10:37     18 Sentyabr 2021    
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən başladılan “Məşğulluq marafonu”nda iştirak edənlər işəgötürənlərin sayı artaraq 507-ə çatıb.

Nazirlikdən Ordu.az-a verilən məlumata görə, onların 265-i dövlət, 242-si özəl müəssisələrdir.

Vətən müharibəsində yaralanmış qazilərimizin və şəhid ailəsi üzvlərinin məşğulluğuna dəstək məqsədi daşıyan marafona işəgötürənlər tərəfindən artıq 2489 vakansiya təqdim edilib.

Vakansiyalar üzrə verilən göndərişlər əsasında artıq 715 nəfər (o cümlədən 118 şəhid ailəsi üzvü və 597 qazi) işlə təmin olunub. Hazırda da bu kateqoriyalardan olanlara vakansiyalar üzrə göndərişlərin verilməsi davam edir.

“Məşğulluq marafonu”na qoşulmaq istəyən işəgötürənlər vakansiyaları barədə, işlə təmin olunmaq istəyən şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qəhrəmanlarımız isə özləri haqqında məlumatları https://dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olmaqla qeyd edə bilərlər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Məşğulluq-marafonu  


Bizi "telegram"da izləyin