ABŞ-da yeni LMXT adlı yanacaq doldurma tanker təyyarəsi təqdim edilib

2021/09/2XG7L-1631943673.jpg
Oxunub: 536     14:39     18 Sentyabr 2021    
“Lockheed Martin” şirkəti ABŞ Hərbi Hava Qüvvələri üçün LMXT adlı havada yanacaq doldura bilən tanker təyyarəsi təqdim edib.

Ordu.az xəbər verir ki, bu barədə şirkətin saytında məlumat yayılıb.

Yeni təyyarə “Boeing”in hazırkı KC-46 təyyarəsinə alternativ olacaq.

LMXT ABŞ Hərbi Hava Qüvvələri operatorları üçün xüsusi olaraq dəyişdirilmiş “Airbus A330” çoxfunksiyalı təyyarəsinin bir variantıdır. Təyyarənin dəyişdirilməsinə sahə komandanlığı və nəzarət üçün təkmilləşdirilmiş rabitə paketini, habelə yanacaq boşaltma qabiliyyətini yaxşılaşdırma daxildir.

Qeyd edək ki, ABŞ Hərbi Hava Qüvvələri iyun ayında KC-Y olaraq tanker proqramı elan edib. Yeni təyyarələrin 2029-cu ildə istismara verilməsi gözlənilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   LMXT  


ABŞ-da yeni LMXT adlı yanacaq doldurma tanker təyyarəsi təqdim edilib

2021/09/2XG7L-1631943673.jpg
Oxunub: 537     14:39     18 Sentyabr 2021    
“Lockheed Martin” şirkəti ABŞ Hərbi Hava Qüvvələri üçün LMXT adlı havada yanacaq doldura bilən tanker təyyarəsi təqdim edib.

Ordu.az xəbər verir ki, bu barədə şirkətin saytında məlumat yayılıb.

Yeni təyyarə “Boeing”in hazırkı KC-46 təyyarəsinə alternativ olacaq.

LMXT ABŞ Hərbi Hava Qüvvələri operatorları üçün xüsusi olaraq dəyişdirilmiş “Airbus A330” çoxfunksiyalı təyyarəsinin bir variantıdır. Təyyarənin dəyişdirilməsinə sahə komandanlığı və nəzarət üçün təkmilləşdirilmiş rabitə paketini, habelə yanacaq boşaltma qabiliyyətini yaxşılaşdırma daxildir.

Qeyd edək ki, ABŞ Hərbi Hava Qüvvələri iyun ayında KC-Y olaraq tanker proqramı elan edib. Yeni təyyarələrin 2029-cu ildə istismara verilməsi gözlənilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   LMXT  


Bizi "telegram"da izləyin