Konqres Pentaqonun Ukraynada HHM üzrə təlimlər keçirməsini istəyir

2021/09/41262-1631943518.jpg
Oxunub: 602     12:43     18 Sentyabr 2021    
ABŞ konqresmenləri Ukraynanın Hava Hücumundan Müdafiə (HHM) sistemlərini gücləndirmək üçün Pentaqonun bu ölkədə birgə hərbi təlimlər keçirməsini istəyirlər.

Ordu.az xəbər verir ki, bu barədə “Defense news” nəşri yazıb.

Silahlı Xidmətlər Komitəsi 2022-ci il maliyyə siyasəti haqqında qanun layihəsinə əlavə olaraq, ABŞ-ın “Ukraynanın sadiq ortağı olaraq qaldığını və Rusiya hərbi təcavüzünə qarşı Ukrayna Hökumətinə kömək etməyin ABŞ-ın milli təhlükəsizliyinin maraqlarına uyğun olduğunu” bildirib.

Konqresmenlər bununla bağlı qərar versə, Pentaqon 90 gün ərzində Ukraynaya HHM sistemlərindəki boşluqlarının aradan qaldırılmasına necə kömək edə biləcəyinə dair hesabat təqdim etməlidir.

Hesabatda ABŞ sistemlərinin mümkün xarici hərbi satışları və ya hazırda yerləşdirmə rotasiyasında istifadə edilməyən mövcud sistemlərin köçürülməsi variantları yer almalıdır.

Qeyd edək ki, ABŞ və Ukrayna “Rapid Trident” təlimləri keçirəcək. Təlimin məqsədi Avropada etibarlı döyüşmək, hazırlığı artırmaqdır. Təlim sahə təlimi, təhlükəsizlik və sabitlik əməliyyatları ilə birləşdiriləcək. Təlimlərdə 6000 hərbi qulluqçu iştirak edəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pentaqon   Ukrayna   HHM  


Konqres Pentaqonun Ukraynada HHM üzrə təlimlər keçirməsini istəyir

2021/09/41262-1631943518.jpg
Oxunub: 603     12:43     18 Sentyabr 2021    
ABŞ konqresmenləri Ukraynanın Hava Hücumundan Müdafiə (HHM) sistemlərini gücləndirmək üçün Pentaqonun bu ölkədə birgə hərbi təlimlər keçirməsini istəyirlər.

Ordu.az xəbər verir ki, bu barədə “Defense news” nəşri yazıb.

Silahlı Xidmətlər Komitəsi 2022-ci il maliyyə siyasəti haqqında qanun layihəsinə əlavə olaraq, ABŞ-ın “Ukraynanın sadiq ortağı olaraq qaldığını və Rusiya hərbi təcavüzünə qarşı Ukrayna Hökumətinə kömək etməyin ABŞ-ın milli təhlükəsizliyinin maraqlarına uyğun olduğunu” bildirib.

Konqresmenlər bununla bağlı qərar versə, Pentaqon 90 gün ərzində Ukraynaya HHM sistemlərindəki boşluqlarının aradan qaldırılmasına necə kömək edə biləcəyinə dair hesabat təqdim etməlidir.

Hesabatda ABŞ sistemlərinin mümkün xarici hərbi satışları və ya hazırda yerləşdirmə rotasiyasında istifadə edilməyən mövcud sistemlərin köçürülməsi variantları yer almalıdır.

Qeyd edək ki, ABŞ və Ukrayna “Rapid Trident” təlimləri keçirəcək. Təlimin məqsədi Avropada etibarlı döyüşmək, hazırlığı artırmaqdır. Təlim sahə təlimi, təhlükəsizlik və sabitlik əməliyyatları ilə birləşdiriləcək. Təlimlərdə 6000 hərbi qulluqçu iştirak edəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pentaqon   Ukrayna   HHM  


Bizi "telegram"da izləyin