Türkiyə Ukraynada PUA operatorları üçün təlim mərkəzi açmaq niyyətindədir

2021/09/16318-1631942488.jpg
Oxunub: 790     11:08     18 Sentyabr 2021    
Türkiyə Ukrayna ərazisində zərbə tipli Pilotsuz Uçuş Aparatlarının (PUA) istismarı ilə bağlı mütəxəssislərin hazırlanması üçün təlim mərkəzi inşa edə bilər.

Ordu.az xəbər verir ki, bu barədə Ukraynanın “Defence Express” nəşri yazıb.

Nəşr qeyd edir ki, Ukrayna Türkiyəni “Bayraktar TB2” zərbə PUA-larının operatorlarını hazırlamaq üçün təlim və texniki mərkəz tikdirməyə inandırmaq niyyətindədir.

Mərkəzin ərazisi artıq Kiyev bölgəsindəki Vasilkovda hazırdır. Ukrayna Ali Radası Komitəsinin müdafiə sənayesi və texniki modernləşdirmə alt komitəsinin sədri İqor Kopitin bildirib ki, danışıqların birinci mərhələsi artıq başa çatıb.

Bu arada Ukrayna Silahlı Qüvvələri hərbçilərini Türkiyədə təhsil almağa göndərir. Orada, təlim mərkəzində 75 nəfər PUA pilotu, texnik-mexaniki və avionik texnikası ixtisaslarını mənimsəyəcək. Təlimin nə qədər davam edəcəyi barədə məlumat verilmir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Ukrayna   PUA  


Türkiyə Ukraynada PUA operatorları üçün təlim mərkəzi açmaq niyyətindədir

2021/09/16318-1631942488.jpg
Oxunub: 791     11:08     18 Sentyabr 2021    
Türkiyə Ukrayna ərazisində zərbə tipli Pilotsuz Uçuş Aparatlarının (PUA) istismarı ilə bağlı mütəxəssislərin hazırlanması üçün təlim mərkəzi inşa edə bilər.

Ordu.az xəbər verir ki, bu barədə Ukraynanın “Defence Express” nəşri yazıb.

Nəşr qeyd edir ki, Ukrayna Türkiyəni “Bayraktar TB2” zərbə PUA-larının operatorlarını hazırlamaq üçün təlim və texniki mərkəz tikdirməyə inandırmaq niyyətindədir.

Mərkəzin ərazisi artıq Kiyev bölgəsindəki Vasilkovda hazırdır. Ukrayna Ali Radası Komitəsinin müdafiə sənayesi və texniki modernləşdirmə alt komitəsinin sədri İqor Kopitin bildirib ki, danışıqların birinci mərhələsi artıq başa çatıb.

Bu arada Ukrayna Silahlı Qüvvələri hərbçilərini Türkiyədə təhsil almağa göndərir. Orada, təlim mərkəzində 75 nəfər PUA pilotu, texnik-mexaniki və avionik texnikası ixtisaslarını mənimsəyəcək. Təlimin nə qədər davam edəcəyi barədə məlumat verilmir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Ukrayna   PUA  


Bizi "telegram"da izləyin