ABŞ HHQ bazalarını qorumaq üçün bombaları zərərsizləşdirən robotlardan istifadə edəcək

2021/09/L3Har-3263884474.jpg
Oxunub: 791     17:35     18 Sentyabr 2021    
“L3Harris” şirkəti ABŞ Hərbi Hava Qüvvələrinin (HHQ) bazalarını qorumaq üçün yeni növ bombaları zərərsizləşdirən robot tədarük edəcək.

Ordu.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

ABŞ Hərbi Hava Qüvvələri ilə “L3Harris” arasında 20 illik EOD robotlarının yerini alacaq 170 ədəd T7 bomba zərərsizləşdirmə robotu və robotlara texniki və logistik dəstək üçün müqavilə imzalayıb.

10 il müddəti olan müqavilənin ümumi dəyəri 85 milyon dollardır. Robotların ilk tədarükü 2022-ci ilə planlaşdırılır.


“L3Harris” bu yaxınlarda İngiltərənin STARTER proqramı çərçivəsində sifariş edilən, ümumi dəyəri 91,3 milyon funt olan 122 ədəd T7 bomba zərərsizləşdirmə robotunun çatdırılmasını tamamlamışdı. Robotlar İngiltərə, Kipr və Cəbəllütariqdə fəal şəkildə istifadə olunur.

Bomba zərərsizləşdirmə missiyalarına əlavə olaraq, T7 kəşfiyyat, müşahidə və daxili təhlükəsizlik kimi məqsədlər üçün də istifadə edilə bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   HHQ  


ABŞ HHQ bazalarını qorumaq üçün bombaları zərərsizləşdirən robotlardan istifadə edəcək

2021/09/L3Har-3263884474.jpg
Oxunub: 792     17:35     18 Sentyabr 2021    
“L3Harris” şirkəti ABŞ Hərbi Hava Qüvvələrinin (HHQ) bazalarını qorumaq üçün yeni növ bombaları zərərsizləşdirən robot tədarük edəcək.

Ordu.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

ABŞ Hərbi Hava Qüvvələri ilə “L3Harris” arasında 20 illik EOD robotlarının yerini alacaq 170 ədəd T7 bomba zərərsizləşdirmə robotu və robotlara texniki və logistik dəstək üçün müqavilə imzalayıb.

10 il müddəti olan müqavilənin ümumi dəyəri 85 milyon dollardır. Robotların ilk tədarükü 2022-ci ilə planlaşdırılır.


“L3Harris” bu yaxınlarda İngiltərənin STARTER proqramı çərçivəsində sifariş edilən, ümumi dəyəri 91,3 milyon funt olan 122 ədəd T7 bomba zərərsizləşdirmə robotunun çatdırılmasını tamamlamışdı. Robotlar İngiltərə, Kipr və Cəbəllütariqdə fəal şəkildə istifadə olunur.

Bomba zərərsizləşdirmə missiyalarına əlavə olaraq, T7 kəşfiyyat, müşahidə və daxili təhlükəsizlik kimi məqsədlər üçün də istifadə edilə bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   HHQ  


Bizi "telegram"da izləyin