Ermənistan Baş nazirinin müavini Azərbaycan ilə sərhədlərin delimitasiya və demorkasiyasına başlamağı dəstəkləyir

2021/09/16318-1631897888.jpg
Oxunub: 1044     20:30     17 Sentyabr 2021    
Ermənistanın daha bir vəzifəli şəxsi Azərbaycan ilə sərhədlərin delimitasiya və demorkasiyasının başlanmasına tərəfdar olduğunu bəyan edib.

Ordu.az Ermənistan mətbuatına istinadla xəbər verir ki, baş nazirin müavini Mher Qriqoryan Azərbaycanla sərhədlərin delimitasiya və demarkasiya prosesinə başlamağın tərəfdarı olduğunu bildirib.

M.Qriqoryan bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın Ermənistan ilə Azərbaycan arasında sərhəd probleminin həlli ilə bağlı açıqlamasına cavabında deyib.

O bildirib ki, Azərbaycan ilə sərhədlərin delimitasiyası və demorkasiyası məsələsi beynəlxalq tərəfdaşları da maraqlandırır və onlar da sərhədlərin tezliklə müəyyən olunmasını istəyirlər.

“Bu bizim üçün də çox vacib məsələdir və biz bu prosesə başlamalıyıq” – deyə, M.Qriqoryan vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Ermənistan   Demarkasiya   Delimitasiya  


Ermənistan Baş nazirinin müavini Azərbaycan ilə sərhədlərin delimitasiya və demorkasiyasına başlamağı dəstəkləyir

2021/09/16318-1631897888.jpg
Oxunub: 1045     20:30     17 Sentyabr 2021    
Ermənistanın daha bir vəzifəli şəxsi Azərbaycan ilə sərhədlərin delimitasiya və demorkasiyasının başlanmasına tərəfdar olduğunu bəyan edib.

Ordu.az Ermənistan mətbuatına istinadla xəbər verir ki, baş nazirin müavini Mher Qriqoryan Azərbaycanla sərhədlərin delimitasiya və demarkasiya prosesinə başlamağın tərəfdarı olduğunu bildirib.

M.Qriqoryan bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın Ermənistan ilə Azərbaycan arasında sərhəd probleminin həlli ilə bağlı açıqlamasına cavabında deyib.

O bildirib ki, Azərbaycan ilə sərhədlərin delimitasiyası və demorkasiyası məsələsi beynəlxalq tərəfdaşları da maraqlandırır və onlar da sərhədlərin tezliklə müəyyən olunmasını istəyirlər.

“Bu bizim üçün də çox vacib məsələdir və biz bu prosesə başlamalıyıq” – deyə, M.Qriqoryan vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Ermənistan   Demarkasiya   Delimitasiya  


Bizi "telegram"da izləyin