Yevlaxda şəhid hərbi qulluqçumuzun doğum günü qeyd edildi - FOTOLAR

2021/09/24211-14686974801.jpg
Oxunub: 549     17:40     17 Sentyabr 2021    
Bu gün Yevlax rayonu Aran qəsəbəsində şəhid Elgün Rauf oğlu Kərimovun doğum günü qeyd edilib.

Ordu.az-ın məlumatına görə, şəhidimiz 17 sentyabr 1999-cu ildə Yevlax rayon Aran 1 qəsəbəsində dünyaya gəlib.

Şəhidin doğum gününə gələn yaxınları bildirib ki, Elgün Vətən müharibəsindən 1 ay əvvəl müddətdən artıq xidmət edən həqiqi hərbi qulluqçu kimi ordu sıralarına yazılıb və kəşfiyyatçı kimi xidmətinə davam edib.

O, Azərbaycan Ordusunun əks-hücum əməliyyatına başlama əmri gəldiyi andan döyüşlərə qoşulub, Murovdağ, Talış və Suqovuşan-Ağdərə istiqamətində olan döyüşlərdə aktiv iştirak edib.

Elgün 16 oktyabr tarixində Suqovuşan-Ağdərə istiqamətində yeni yüksəkliklərin azad olunması uğrunda gedən döyüşlərdə şəhid olub. Döyüş yoldaşlarının dediklərinə görə, Elgün döyüşlər başlayan gündən 40-a yaxın uğurlu əməliyyatda iştirak edib. O, düşmənin snayper tüfəngindən açılan atəşi nəticəsində şəhadətə yüksəlib.

Elgün mərd və qorxmaz hərbçi idi, öz komandirinin dediklərinə əsasən, hücuma keçərkən ən öndə gedərdi. O, şəhid olacağını hiss etmişdi, sanki, ölümündən bir gün əvvəl bu məktubu yazıb saxlamışdı:

"Mən sizləri ayrı-ayrılıqda çox-çox istəyirəm, başda qardaşım olmaqla. Siz mənim canlarımsınız. İnşallah, şəhid olanda, bu mesaj əlinizə keçəndə oxuyarsınız. Əgər ölsəm, məni bağışlayın ki, sizi mənsiz qoydum. Bilirəm, çətindir, çətin bir şeydir , amma belə olmalıdır. Allah sizə yar olsun. Allah amanında, haqqınızı halal edin, Vətən sağ olsun".

Şəhid Elgün Kərimov 17 oktyabr 2020-ci ildə Yevlax rayon Aran qəsəbəsində dəfn edilib.

Allah rəhmət eləsin!

Daşqın Güneyli
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Yevlax   Vətən-müharibəsi   Şəhid  

Yevlaxda şəhid hərbi qulluqçumuzun doğum günü qeyd edildi - FOTOLAR

2021/09/24211-14686974801.jpg
Oxunub: 550     17:40     17 Sentyabr 2021    

Bizi "telegram"da izləyin