ABŞ Səudiyyənin helikopterlərinə 500 milyon dollarlıq xidmət götərəcək

2021/09/ttfhf-1631858490.jpg
Oxunub: 582     16:34     17 Sentyabr 2021    
ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanının hərbi helikopterlərinə texniki xidmət göstərilməsinə razılıq verib.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ-ın Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi məlumat yayıb.

Müqavilənin ümumi dəyəri 500 milyon dollardır.

Agentlik mümkün satışlar barədə Konqresə məlumat verib. Dövlət Departamenti tərəfindən təsdiqlənməsinə baxmayaraq, bu, müqavilə imzalandığını və ya danışıqların başa çatdığını göstərmir. Müqavilə Konqres tərəfindən təsdiqlənməlidir.

Bu, Co Baydenin vəzifəyə başladığı gündən sonra Səudiyyə Ərəbistanı üçün icrasına razılıq verilən ilk böyük müdafiə müqaviləsidir.

Müqavilə “AH-64D/E Apache”, “UH-60L Black Hawk”, “UH-60M Black Hawk”, “Schweizer 333”, “Bell 406CS” və “Boeing” şirkətinin “CH-47F Chinook” helikopterlərinə texniki qulluğu əhatə edir.

“Bu təklif edilən satış Yaxın Şərqdə siyasi sabitlik və iqtisadi artım üçün əhəmiyyətli qüvvə olaraq qalmağa davam edən dost ölkənin təhlükəsizliyinin yaxşılaşdırılmasına kömək etməklə ABŞ-ın xarici siyasətini və milli təhlükəsizlik məqsədlərini dəstəkləyəcək”, - deyə Agentlik bildirib.

Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi Pentaqona tabe qurumdur. Bu qurum xaricə hərbi texnika, silah təchizatı, ABŞ və digər silahlı qüvvələr arasında təmasların təşviqi və Vaşinqtonun xarici müdafiə tərəfdaşlarına maliyyə və texniki yardımlar barədə hökumətlərarası müqavilələrin təmin edilməsinə cavabdehdir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   Səudiyyə-Ərəbistan  

ABŞ Səudiyyənin helikopterlərinə 500 milyon dollarlıq xidmət götərəcək

2021/09/ttfhf-1631858490.jpg
Oxunub: 583     16:34     17 Sentyabr 2021    

Bizi "telegram"da izləyin