DSX rəisinə hansı katerlər nümayiş etdirilib? - Onlardan ABŞ HDQ də istifadə edir

2021/09/photo-16318010800.jpg
Oxunub: 1398     17:58     16 Sentyabr 2021    
Sentyabr ayının 13-dən 15-dək “Xəzər dənizində Azərbaycan Respublikasının dəniz infrastrukturuna yönəlmiş terror-təxribat aktlarının qarşısının alınması zamanı Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən axtarış əməliyyatları keçirilməklə təxribat qruplarının zərərsizləşdirilməsi və dəniz təhlükəsizliyinin təmin olunması” mövzusunda taktiki təlim keçirilib.

Ordu.az xəbər verir ki, təlimlərdə DSX rəisi Elçin Quliyevə “Iguana Pro” adlı amfibiya tipli katerlər nümayiş etdirilib.


Fransanın əsası 2008-ci ildə qoyulan “Iguana Yachts” şirkəti tərəfindən istehsal edilən katerlər yüksək sürətli ələ keçirmə, müşahidə, axtarış-xilasetmə, logistika və digər yüksək sürətli əməliyyatlar üçün nəzərdə tutulub. Amfibiya tipli olduğu üçün həm quruda, həm də suda hərəkət edə bilir. Quruda hərəkət edə bilməsi üçün xüsusi tırtıllarla təchiz edilib.

Kater hüquq mühafizə, müdafiə, daxili təhlükəsizlik və nəzarət üçün mükəmməl dəniz platformasıdır. Katerlərdən hazırda ABŞ Hərbi Dəniz Qüvvələri də istifadə edir.


“Iguana Pro"”çoxfunksiyalıdır. Elektronika, mexanika, hidravlika sahəsindəki biliklərə sahib olan şirkət katerlərin hazırlanmasında yüksək performans nümayiş etdirib.

Katerin Taktiki-Texniki Xüsusiyyətləri:


Uzunluğu: 9.4 m
Maksimum yük daşıma qabiliyyəti: 1200 kq
Maksimum gücü: 2 × 350 at gücü
Maksimum sürət: 90 km/saat-dan çox

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: DSX   Təlim  


DSX rəisinə hansı katerlər nümayiş etdirilib? - Onlardan ABŞ HDQ də istifadə edir

2021/09/photo-16318010800.jpg
Oxunub: 1399     17:58     16 Sentyabr 2021    
Sentyabr ayının 13-dən 15-dək “Xəzər dənizində Azərbaycan Respublikasının dəniz infrastrukturuna yönəlmiş terror-təxribat aktlarının qarşısının alınması zamanı Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən axtarış əməliyyatları keçirilməklə təxribat qruplarının zərərsizləşdirilməsi və dəniz təhlükəsizliyinin təmin olunması” mövzusunda taktiki təlim keçirilib.

Ordu.az xəbər verir ki, təlimlərdə DSX rəisi Elçin Quliyevə “Iguana Pro” adlı amfibiya tipli katerlər nümayiş etdirilib.


Fransanın əsası 2008-ci ildə qoyulan “Iguana Yachts” şirkəti tərəfindən istehsal edilən katerlər yüksək sürətli ələ keçirmə, müşahidə, axtarış-xilasetmə, logistika və digər yüksək sürətli əməliyyatlar üçün nəzərdə tutulub. Amfibiya tipli olduğu üçün həm quruda, həm də suda hərəkət edə bilir. Quruda hərəkət edə bilməsi üçün xüsusi tırtıllarla təchiz edilib.

Kater hüquq mühafizə, müdafiə, daxili təhlükəsizlik və nəzarət üçün mükəmməl dəniz platformasıdır. Katerlərdən hazırda ABŞ Hərbi Dəniz Qüvvələri də istifadə edir.


“Iguana Pro"”çoxfunksiyalıdır. Elektronika, mexanika, hidravlika sahəsindəki biliklərə sahib olan şirkət katerlərin hazırlanmasında yüksək performans nümayiş etdirib.

Katerin Taktiki-Texniki Xüsusiyyətləri:


Uzunluğu: 9.4 m
Maksimum yük daşıma qabiliyyəti: 1200 kq
Maksimum gücü: 2 × 350 at gücü
Maksimum sürət: 90 km/saat-dan çox

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: DSX   Təlim  


Bizi "telegram"da izləyin