Fransa ilə Çin ABŞ, Britaniya və Avstraliyanın razılaşdırdıqları təhülkəsizlik paktını tənqid edib

2021/09/10489-1631795194.jpg
Oxunub: 565     16:17     16 Sentyabr 2021    
ABŞ, Böyük Britaniya və Avstraliya üçtərəfli təhlükəsizlik paktını elan edib.

Ordu.az-ın xəbərinə görə, "Aukus" adlanan təşəbbüs ABŞ Prezidenti Co Bayden, Britaniyanın Baş naziri Boris Conson və Avstraliyanın Baş naziri Skott Morrisonun qoşulduğu videkonfransda elan edilib.

ABŞ, Britaniya və Avstraliya bu paktı köhnə ittifaqdakı növbəti kritik addım kimi xarakterizə edib.

Bu pakt həm də nüvə enerjisi ilə çalışan sualtı qayıqların inşasında Avstraliyaya köməyi ehtiva edir.

Avstraliyanın Baş naziri bildirib ki, qarşıdakı 18 ay ərzində hər üç ölkənin ekspertlərindən ibarət heyət Adelaydada inşa ediləcək nüvə enerjisi ilə işləyən yeni sualtı donanmanın yaradılması üçün birgə çalışacaqlar. Bu layihə Avstraliyanı nüvə reaktorları ilə idarə olunan sualtı gəmilərə sahib olan dünyanın yeddinci ölkəsi edəcək.

C. Bayden qeyd edib ki, hazırkı strateji mühit bunu tələb edir: “Həm xalqlarımızın, həm də dünyanın gələcəyi qarşıdakı onilliklərdə çiçəklənən azad Hind-Sakit Okeanından asılıdır”.

B. Conson isə deyib ki, hər üç ölkə coğrafi olaraq müxtəlif regionlarda olsa da, hər zaman yaxın müttəfiq olublar: “Bu ittifaq yeni müdafiə tərəfdaşlığı yaradacaq və rifahı artıracaq”.

Bu tərəfdaşlığa münasibət bildirən Çin ABŞ, Britaniya və Avstraliyanı "soyuq müharibə" zehniyyətindən əl çəkməyə çağırıb və bəyan edib ki, üç ölkənin müdafiə sahəsində əməkdaşlıq paktı imzalaması onların öz maraqlarına zərər vura bilər.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Zhao Lijian deyib ki, Avstraliyanın bu addımı sözügedən ölkənin nüvə silahının yayılmaması ilə bağlı öhdəliyini şübhə altına alır.

Sözügedən paktı Fransa tərəfi də tənqid edib.

“Bu qəddar, birtərəfli və gözlənilməz qərar cənab Trampın əvvəllər etdiyini xatırladır. Mən qəzəbliyəm. Müttəfiqlər arasında belə addımlar atılmır”, -deyə Fransanın XİN başçısı Jan-İv Le Drian bildirib.

Fransa XİN başçısı bunu arxadan vurulan bıçaq zərbəsinə bənzədib.

Qeyd edək, 2016-cı ildə Fransa ilə Avstraliya arasında 40 milyard dollarlıq müqavilə imzalanmış və Fransanın "Naval Group" şirkətinin Avstraliya üçün yeni sualtı gəmilər istehsal edəcəyi razılaşdırılmışdı. Britaniyanın Baş naziri Boris Conson isə bildirib ki, Britaniya və Fransa arasında hərbi əməkdaşlıq möhkəm olaraq qalır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   Böyük-Britaniya   Avstraliya  

Fransa ilə Çin ABŞ, Britaniya və Avstraliyanın razılaşdırdıqları təhülkəsizlik paktını tənqid edib

2021/09/10489-1631795194.jpg
Oxunub: 566     16:17     16 Sentyabr 2021    

Bizi "telegram"da izləyin