Müharibə ilə bağlı Ermənistanda yaradılan komissiyasının tərkibində üç parlamentdənkənar qüvvə olacaq

2021/09/28238-1631775314.jpg
Oxunub: 447     14:59     16 Sentyabr 2021    
Ermənistan parlamentinin Müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının sədri Andranik Köçəryan 44 günlük müharibənin detallarını araşdıran istintaq komissiyasına parlamentdənkənar qüvvələrdən hansılarının daxil edilməli olduğuna şəxsən qərar verir.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

Qeyd olunub ki, Ermənistanın Baş naziri Nikol Paşinyan artıq parlamentdənkənar qüvvələrlə iki dəfə görüş keçirib və istintaq komissiyasında təmsil olunmaq da daxil olmaqla müxtəlif sahələrdə əməkdaşlıqla bağlı təklif verib.

“Bizdə olan məlumatlara görə, son görüş zamanı siyahı dəqiqləşdirilib və əvvəlcə hər kəsin daxil ediləcəyi ilə bağlı təklif olsa da, Andranik Köçəryan bu təklifə qarşı çıxıb, bu şəkildə iclasların uzanacağını, mənasız danışılacağını söyləyib, üç parlamentdəkənar qüvvə üzərində dayanmaq və onları komissiyaya təqdim etmək barədə qərar qəbul edib. Bundan başqa, Ermənistan parlamentinin prosedur qaydasına əsasən, Müdafiə komissiyasının bütün üzvləri komissiyanın tərkibinə daxil edilməlidir”, - deyə nəşr bildirib.

Məlumata görə, parlamentdənkənar qüvvələrdən Samvel Babayan, Davit Sanasaryan və Norayr Norikyanın başçılıq etdiyi qüvvələr daxil ediləcək.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Komissiya  


Müharibə ilə bağlı Ermənistanda yaradılan komissiyasının tərkibində üç parlamentdənkənar qüvvə olacaq

2021/09/28238-1631775314.jpg
Oxunub: 448     14:59     16 Sentyabr 2021    
Ermənistan parlamentinin Müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının sədri Andranik Köçəryan 44 günlük müharibənin detallarını araşdıran istintaq komissiyasına parlamentdənkənar qüvvələrdən hansılarının daxil edilməli olduğuna şəxsən qərar verir.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

Qeyd olunub ki, Ermənistanın Baş naziri Nikol Paşinyan artıq parlamentdənkənar qüvvələrlə iki dəfə görüş keçirib və istintaq komissiyasında təmsil olunmaq da daxil olmaqla müxtəlif sahələrdə əməkdaşlıqla bağlı təklif verib.

“Bizdə olan məlumatlara görə, son görüş zamanı siyahı dəqiqləşdirilib və əvvəlcə hər kəsin daxil ediləcəyi ilə bağlı təklif olsa da, Andranik Köçəryan bu təklifə qarşı çıxıb, bu şəkildə iclasların uzanacağını, mənasız danışılacağını söyləyib, üç parlamentdəkənar qüvvə üzərində dayanmaq və onları komissiyaya təqdim etmək barədə qərar qəbul edib. Bundan başqa, Ermənistan parlamentinin prosedur qaydasına əsasən, Müdafiə komissiyasının bütün üzvləri komissiyanın tərkibinə daxil edilməlidir”, - deyə nəşr bildirib.

Məlumata görə, parlamentdənkənar qüvvələrdən Samvel Babayan, Davit Sanasaryan və Norayr Norikyanın başçılıq etdiyi qüvvələr daxil ediləcək.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Komissiya  


Bizi "telegram"da izləyin