“Leonardo” yeni raket əleyhinə müdafiə sistemləri nümayiş etdirib

2021/09/86199-1631773353.jpg
Oxunub: 767     16:21     18 Sentyabr 2021    
İtaliyanın “Leonardo” şirkətinin Böyük Britaniyada olan filialı Londonda keçirilən DESI müdafiə sənayesi sərgisində tankları və zirehli maşınları gələn raketlərdən qorumaq üçün yeni sistem nümayiş etdirib.

Ordu.az xəbər verir ki, bu barədə “Defense news” nəşri yazıb.

Sistem döyüş maşınlarını tank əleyhinə qumbaraatanlardan və tank əleyhinə idarə olunan raketlərdən qoruya biləcək.

Modul İnteqrasiya Qoruma Sistemi və ya MIPS adlanan yeni yüksək texnologiyalı sistemin inkişafına müasir RPG və tank əleyhinə idarə olunan silahların artması və “sürətlə inkişaf edən təhdid” səbəbiylə başlanılıb.

“Leonardo” şirkətinin məlumatına görə, MIPS əlverişli və ən yaxşı sensorlar və əks tədbirlərin modul inteqrasiyasına imkan verən açıq arxitekturaya malikdir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İtaliya   Leonardo  


“Leonardo” yeni raket əleyhinə müdafiə sistemləri nümayiş etdirib

2021/09/86199-1631773353.jpg
Oxunub: 768     16:21     18 Sentyabr 2021    
İtaliyanın “Leonardo” şirkətinin Böyük Britaniyada olan filialı Londonda keçirilən DESI müdafiə sənayesi sərgisində tankları və zirehli maşınları gələn raketlərdən qorumaq üçün yeni sistem nümayiş etdirib.

Ordu.az xəbər verir ki, bu barədə “Defense news” nəşri yazıb.

Sistem döyüş maşınlarını tank əleyhinə qumbaraatanlardan və tank əleyhinə idarə olunan raketlərdən qoruya biləcək.

Modul İnteqrasiya Qoruma Sistemi və ya MIPS adlanan yeni yüksək texnologiyalı sistemin inkişafına müasir RPG və tank əleyhinə idarə olunan silahların artması və “sürətlə inkişaf edən təhdid” səbəbiylə başlanılıb.

“Leonardo” şirkətinin məlumatına görə, MIPS əlverişli və ən yaxşı sensorlar və əks tədbirlərin modul inteqrasiyasına imkan verən açıq arxitekturaya malikdir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İtaliya   Leonardo  


Bizi "telegram"da izləyin