Hind-Sakit okeanında Çinə qarşı yeni 3 tərəfli ittifaq yaradılır

2021/09/LYNXM-1631772081.jpg
Oxunub: 819     12:30     16 Sentyabr 2021    
Britaniya, ABŞ və Avstraliya nüvə sualtı gəmilərində istifadə edilən texnologiyanı paylaşan müdafiə müqaviləsi imzalayıb.

Ordu.az xəbər verir ki, müqavilənin məqsədi Avstraliyanın ən qısa müddətdə nüvə enerjisi ilə işləyən sualtı qayıq əldə etməsidir.

Avstraliya, ümumilikdə 8 nüvə sualtı qayıq əldə etməyi hədəfləyir. Açıqlanan təhlükəsizlik müqaviləsi ilə üç ölkə birlikdə sənaye mərkəzləri və tədarük zəncirləri, eləcə də texnologiya inkişaf etdirəcək.

ABŞ Prezidenti Co Bayden, Britanyanın Baş naziri Boris Conson və Avstraliyanın Baş naziri Skott Morrison yeni təhlükəsizlik əməkdaşlığı müqaviləsini dünya ictimaiyyətinə ortaq bəyan ediblər.

Üç ölkə razılaşmanın əhəmiyyətindən bəhs edərkən, Çinin Hind-Sakit okean bölgəsindəki son illərdə artan təhdidini vurğulayıblar.

Müdafiə müqaviləsində və ya birgə bəyanatda Çinin adı çəkilməsə də, Pekin Vaşinqton səfirliyi vasitəsi ilə ilk açıqlamasını edib: “Üçüncü ölkələrin maraqlarını hədəf alan bloklar qurulmamalıdır. Xüsusilə, Soyuq Müharibə dövrünün zehniyyətindən və ideologiyasından qurtulmalıdırlar”.

Müdafiə müqaviləsinə kibertəhlükəsizlik və Süni Zəka mövzusunda əməkdaşlığın, habelə “əlavə sualtı imkanların” daxil olduğu qeyd edilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Çin   Britaniya   ABŞ   Avstraliya  

Hind-Sakit okeanında Çinə qarşı yeni 3 tərəfli ittifaq yaradılır

2021/09/LYNXM-1631772081.jpg
Oxunub: 820     12:30     16 Sentyabr 2021    

Bizi "telegram"da izləyin