Akar: “Türkiyə və Azərbaycanın birgə uğurlu hərbi təlimləri düşmənləri qorxuya salır”

2021/09/6141b-1631700010.jpg
Oxunub: 516     13:35     15 Sentyabr 2021    
“Region özünün həssas dövrünü yaşayıb. Prosesləri yaxından izləyirik”.

Ordu.az-nın xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar "TurAz Şahini - 2021” birgə taktiki-uçuş təlimlərində keçirilən "Yüksək səviyyəli müşahidəçi günü"ndə çıxışı zamanı deyib.

O bildirib ki, Türkiyə bütün qonşularının ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşır: “Bizim hər hansı şəkildə kimsənin ərazisini ilhaq etmək kimi niyyətimiz əsla müzakirə mövzusu ola bilməz. Ancaq digər tərəfdən də quruda, dənizdə və havada heç bir şəkildə nə özümüzün, nə də dost və qardaşlarımızın haqqının, hüququnun tapdanmasına icazə verərik”.

Nazirin sözlərinə görə, Türkiyə və Azərbaycanın birgə uğurlu hərbi təlimləri düşmənləri qorxuya salır, dost və qardaşları həyəcanlandırır.

“Azərbaycana qarşı təhdidləri özümüzə qarşı təhdid sayırıq”, - deyə H. Akar vurğulayıb.

Ordu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Azərbaycan  


Akar: “Türkiyə və Azərbaycanın birgə uğurlu hərbi təlimləri düşmənləri qorxuya salır”

2021/09/6141b-1631700010.jpg
Oxunub: 517     13:35     15 Sentyabr 2021    
“Region özünün həssas dövrünü yaşayıb. Prosesləri yaxından izləyirik”.

Ordu.az-nın xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar "TurAz Şahini - 2021” birgə taktiki-uçuş təlimlərində keçirilən "Yüksək səviyyəli müşahidəçi günü"ndə çıxışı zamanı deyib.

O bildirib ki, Türkiyə bütün qonşularının ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşır: “Bizim hər hansı şəkildə kimsənin ərazisini ilhaq etmək kimi niyyətimiz əsla müzakirə mövzusu ola bilməz. Ancaq digər tərəfdən də quruda, dənizdə və havada heç bir şəkildə nə özümüzün, nə də dost və qardaşlarımızın haqqının, hüququnun tapdanmasına icazə verərik”.

Nazirin sözlərinə görə, Türkiyə və Azərbaycanın birgə uğurlu hərbi təlimləri düşmənləri qorxuya salır, dost və qardaşları həyəcanlandırır.

“Azərbaycana qarşı təhdidləri özümüzə qarşı təhdid sayırıq”, - deyə H. Akar vurğulayıb.

Ordu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Azərbaycan  


Bizi "telegram"da izləyin