KİV: Rusiya “Vaqner” muzdlularını Maliyə göndərir

2021/09/6O5SC-1631689850.jpg
Oxunub: 741     20:22     16 Sentyabr 2021    
Rusiya Mali hakimiyyəti ilə “Vaqner” adlı Özəl Hərbi Kompaniyaya məxsus muzdluların bu ölkəyə daxil olmasına imkan verən müqavilə imzalamaq niyyətindədir.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi yeddi diplomatik və təhlükəsizlik mənbələrinə istinadən məlumat yayıb.

Agentlik qeyd edir ki, yeni imzalanan müqavilə Qərbi Afrikanın təhlükəsizliyinə Rusiyanın təsirini artıracaq və Fransanın müqavimətinə səbəb olacaq.

Mənbələr “Vaqner”in Fransanın keçmiş koloniyasında fəaliyyət göstərməsinə imkan verən müqavilənin qüvvəyə minməsinə maneə törətmək üçün Parisdə diplomatik fəaliyyətlərin aparıldığını bildirir.

Agentlik Mali ordusuna təlim keçmək və yüksək vəzifəli şəxsləri qorumaq üçün ölkəyə ən azı 1000 muzdlunun göndəriləcəyini qeyd edib.

“Vaqner” Rusiyanın Sankt-Peterburq şəhərindən olan və Rusiya hökumətinə yaxınlığı ilə tanınan iş adamı Yevgeni Priqojin ilə əlaqəli qeyri-rəsmi silahlı birləşmədir. Qrupa daxil olan muzdluların Konqo Demokratik Respublikası, Sudan, Liviya, Madaqaskar, Anqola, Qvineya, Qvineya-Bisau, Mozambik, Zimbabve və Mərkəzi Afrika Respublikası (MAR) da daxil olmaqla bir sıra Afrika ölkələrində təhlükəsizlik xidmətləri göstərdikləri güman edilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Rusiya   Vaqner   Mali  

KİV: Rusiya “Vaqner” muzdlularını Maliyə göndərir

2021/09/6O5SC-1631689850.jpg
Oxunub: 742     20:22     16 Sentyabr 2021    

Bizi "telegram"da izləyin