Britaniya ordusu lazer silah sistemləri almaq niyyətindədir

2021/09/5JDKK-1631689417.jpg
Oxunub: 621     19:10     16 Sentyabr 2021    
Britaniya Müdafiə Nazirliyi yerli şirkətlərlə 100 milyon dollar məbləğində üç istiqamətləndirilən enerji silahı nümayiş etdirmə müqaviləsi imzalayıb.

Ordu.az xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlikdən verilən məlumata görə, silah sisteminin ölkənin Hərbi Dəniz Qüvvələrinə aid 23 tipli gəmiyə, yük maşını və zirehli maşına quraşdırılmış sistemlərlə nümayiş sınaqları keçiriləcək.

Nümayiş sınaqlarının 2023-cü ildə başlayacağı və 2025-ci ilə qədər tamamlanması planlaşdırılır.

Nümayişçilərdən ikisi lazer silahlarından istifadə edəcək, üçüncü proqram isə radio tezlikli silahdan ibarət olacaq. Müqavilələrin ikisi “Thales UK”, digəri “Raytheon” şirkəti ilə imzalanıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya-ordusu   Lazer-sistemləri  


Britaniya ordusu lazer silah sistemləri almaq niyyətindədir

2021/09/5JDKK-1631689417.jpg
Oxunub: 622     19:10     16 Sentyabr 2021    
Britaniya Müdafiə Nazirliyi yerli şirkətlərlə 100 milyon dollar məbləğində üç istiqamətləndirilən enerji silahı nümayiş etdirmə müqaviləsi imzalayıb.

Ordu.az xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlikdən verilən məlumata görə, silah sisteminin ölkənin Hərbi Dəniz Qüvvələrinə aid 23 tipli gəmiyə, yük maşını və zirehli maşına quraşdırılmış sistemlərlə nümayiş sınaqları keçiriləcək.

Nümayiş sınaqlarının 2023-cü ildə başlayacağı və 2025-ci ilə qədər tamamlanması planlaşdırılır.

Nümayişçilərdən ikisi lazer silahlarından istifadə edəcək, üçüncü proqram isə radio tezlikli silahdan ibarət olacaq. Müqavilələrin ikisi “Thales UK”, digəri “Raytheon” şirkəti ilə imzalanıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya-ordusu   Lazer-sistemləri  


Bizi "telegram"da izləyin